Şriftin ölçüsü :

Saytın rəngi :

“Müdrik siyasət - Qarabağ Zəfəri” mövzusunda referat yazı müsabiqəsinə yekun vuruldu

30 mart 2021 | 11:00
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təşəbbüsü və təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə paytaxt rayonlarının orta məktəb şagirdləri arasında “Müdrik siyasət - Qarabağ Zəfəri” mövzusunda referat yazı müsabiqəsinə yekun vuruldu.
Bakı Şəhər İcra Hakimiyyətində təşkil edilən elmi konfransda BŞİH-in başçısı Eldar Əzizov, təhsil nazirinin müavini Firidun Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun icraçı direktoru Cəbi Bəhrəmov, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, BŞİH-də yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Cavid Fərhadov, müsabiqənin Bakı şəhər turunun qalibləri olmuş şagirdlər iştirak ediblər. Eyni zamanda, digər iştirakçı şagirdlər, paytaxt rayonlarının icra hakimiyyətlərinin məsul əməkdaşları, qalib şagirdlərin elmi rəhbərləri və onların təhsil aldıqları məktəblərin rəhbərləri konfransa videoformatda qoşulub.
Tədbirdə çıxış edən natiqlər bildirdilər ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkədə qüdrətli iqtisadiyyat və  bu iqtisadi baza üzərində güclü ordu yaradılıb. Beynəlxalq münasibətlər və informasiya sahəsində böyük uğurlar əldə edilib. Bunun nəticəsində müharibədə şanlı Qələbə qazanılıb və torpaqlarımız işğaldan  azad edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu Qələbə son əsrlərdə Azərbaycanın ilk hərbi qələbəsidir. Bütün bunlar ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik siyasət sayəsində əldə olunub. Bu da tarixdə şəxsiyyət fenomenini bir daha sübut edir.
Daha sonra müsabiqənin seçim mərhələsi nəticəsində fərqlənən 33 məktəbli xüsusi təqdimatlarla çıxış edərək işlərini təqdim etdilər.
Qalib məktəblilərin çıxışlarından sonra bu referatların Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən kitab şəklində çap ediləcəyi bildirildi.
Qeyd edək ki, paytaxt rayonlarında keçirilən birinci mərhələdə 12 rayon üzrə 316 orta təhsil müəssisəsindən 1879 şagird iştirak edib, onlar 18 mövzu üzrə referatlarını təqdim ediblər. İlkin müsabiqələrdə 125 şagird birinci mərhələnin qalibi adına layiq görülüb, onlar diplom və hədiyyələrlə mükafatlandırılıblar. Müsabiqə komissiyası tərəfindən rayon qalibləri arasından xüsusi fərqlənən 33 nəfər şagird  Bakı şəhər mərhələsinə iştirak üçün vəsiqə qazanıb və onlar Bakı şəhəri üzrə keçirilən yekun mərhələdə müsabiqənin qalibi elan ediliblər. Elmi-praktik konfransda rayonumuzu 2 məktəbli (186 №-li tam  orta məktəbin şagirdi Əzizov Ayxan və 243 saylı tam orta məktəbin şagirdi Kərimov Nicat) təmsil etdi.
 
Keçidlər