Pirallahıda “Dəmir Yumruq” filmi nümayiş olundu
22 aprel 2021 | 11:00
Aprelin 22-də Pirallahı Gənclər Mərkəzində xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbiçilərin ailə üzvlərinin, Vətən müharibəsi veteranlarının və qazilərin iştirakı ilə “Zəfərə gedən yolun başlanğıcı-Aprel döyüşləri” və “Dəmir Yumruq” filminin nümayişi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının şöbə müdiri-ehtiyatda olan polkovnik Adil Haqverdiyev, YAP Pirallahı rayon təşkilatının sədr əvəzi Əli Kərimov, RİH əməkdaşları, Qarabağ və Vətən müharibəsi veteranları iştirak etdilər. RİH başçısı tədbirdə iştirak edən Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə söhbət etmiş, onların qayğıları ilə maraqlanmış, problemlərinin həlli istiqamətində göstərişlər vermişdir. Qeyd edək ki, Pirallahı rayonunda 259 veteran, 29 müharibə əlili, 1- i Aprel döyüşləri, 2-si Vətən müharibəsi şəhidi olmaqla ümumilikdə 44 şəhid və 3 Azərbaycan Milli Qəhrəmanı vardır. Rayon mərkəzində şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə mərmər lövhələr üzərində 39 şəhidin şəkillərinin əks olunduğu “Vətən uğrunda abidə kompleksi” inşa edilmişdir.
Tədbirin rəsmi hissəsində qonaqlar Gənclər Mərkəzində fəaliyyət göstərən Heydər Əliyev muzeyi ilə tanış oldular. Sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Vəzir Səfixanov Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş əks-hücum əməliyyatları zamanı ölkəmizdə yaşayan milli azlıq nümayəndələrinin göstərdiyi qəhrəmanlıq və şücaətlərindən söz açdı. Daha sonra ehtiyatda olan polkovnik Adil Haqverdiyev, Aprel döyüşləri və Vətən müharibəsi iştirakçısı, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Süpay Məmmədov 2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanması, zəfərlə sona çatan Vətən müharibəsində ölkəmizin igid oğullarının qəhrəmanlıqları və torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim ehtiramla anıldığını qeyd etdilər.
Sonda Real TV-nin təşkilatçılığı ilə lentə alınan "Dəmir Yumruq” adlı sənədli film nümayiş olundu. Film İkinci Qarabağ müharibəsində qazanılan Qələbədən bəhs edərək, Vətən müharibəsində Azərbaycanda yaşayan milli azlıqların iştirakına həsr olunmuşdur. Qeyd edək ki, filmdə Vətən müharibəsi dövründə bütöv bir xalqın yumruq tək birləşməsi xarakterizə olunur. Ermənistanı təkmillətliliyi məğlub edir, Azərbaycana isə çoxmillətliliyi qələbə qazandırır. Film Ulu Öndərimiz Heydər Əliyevin bu sitatı ilə başlayır: “Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər də zəngin olar”. Filmdə Azərbaycan Prezidentinin təqdim olunan çıxışları da bu reallığı bir daha təsdiq edir.