Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib

29 aprel 2021 | 11:00
29 aprel 2021-ci il tarixində Pirallahı Rayon Ağsaqqallar Şurasının hesabat -seçki  konfransı keçirilmişdir. Konfransda Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, millət vəkili-Respublika Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov, millət vəkili Rauf Əliyev və bir qrup rayon ağsaqqalı iştirak etmişdir. Tədbir iştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.  
Rayon İcra Hakimiyyətinin kiçik akt zalında baş tutan tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən müharibəsində həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş nitqi ilə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov açaraq, ağsaqqalların ölkəmizin mədəni-ictimai həyatındakı əhəmiyyətli fəaliyyətindən danışmış, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən dinamik inkişaf prosesində onların rolunun böyük olduğunu vurğulamışdır.
Daha sonra söz Rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədova verilmişdir. Natiq hesabat dövründə görülmüş işlər barədə ətraflı məruzə ilə çıxış etmişdir. Sonra gündəlikdə duran məsələlər müzakirəyə çıxarılmışdır. İclasın sədri, gündəlikdə duran məsələlərin Ağsaqqallar Şurasının Əsasnaməsinin qəbul edilməsi, Pirallahı Rayon Ağsaqqallar Şurasına yeni sədrin, həmçinin İdarə Heyəti və Təftiş Komissiyası üzvlərinin seçilməsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Fazil Məhəmmədov rayonun ictimai həyatında fəal iştirakına görə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov çıxış edərək respublikamızda ağsaqqallara göstərilən dövlət qayğısından danışıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti və Rəşadətli ordumuzun qüdrəti ilə 44 gün ərzində erməni işğalçılarını tarixi torpaqlarımızdan çıxarılmasının əhəmiyyətini qeyd edib. Natiq ölkəmizdə həyata keçirilən inkişaf prosesi ilə bağlı ağsaqqallar tərəfindən əhali, xüsusilə gənclər arasında geniş maarifləndirmə işinin aparılmasının zəruriliyini diqqətə çatdırıb, rayonun ictimai-siyasi həyatında ağsaqqalların yaxından iştirak etməsinin sevindirici hal olduğunu vurğulamışdır.
Pirallahı rayonunu təmsil edən millət vəkili Rauf Əliyev öz çıxışında rayon yarandığı gündən etibarən  aparılan abadlıq-quruculuq işlərinin geniş vüsət aldığını bildirmiş,  bu fəaliyyətdə rayon ağsaqqallarının gənc nəslin maarifləndirilməsində müsbət rolunu qeyd etmiş, Rayon Ağsaqqallar Şurasının fəaliyyətini qənaətbəxş qiymətləndirmişdir.
.
Konfransda Pirallahı Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin və Ağsaqqallar Şurasının Təftiş Komissiyasının üzvləri seçilmişdir. Kərimov Əli Kərəm oğlu səsvermə yolu ilə Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri seçilmişdir.
Sonda çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərini təbrik edərək müstəqil dövlətimizin bundan sonra da çiçəklənməsi, inkişafı naminə həyata keçirəcəkləri gələcək işlərində uğurlar arzulamışdır.
 
 
Keçidlər