Pirallahı rayonunda növbəti humanitar aksiya keçirildi
30 aprel 2021 | 11:00
Türk Qızılayının “Qida yardımı proqramı”na Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yerli bölmələri, həmçinin Pirallahı rayon bölməsi də qoşulmuşdur. Proqram çərçivəsində, pandemiya qaydaları nəzərə alınaraq, 30 ailəyə Ramazan sovqatı paylanıldı. Rayon sakinləri bu əziz ayda onları diqqətdə saxlayan Türk Qızılayı və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.