Çilovda Xocalı soyqırımının qurbanları anıldı
27 fevral 2014 | 11:00
Bəşər tarixində ən dəhşətli faciələrdən və qətliamlardan olan Xocalı soyqırımıının 22-cü ildönümü münasibəti ilə ölkəmizin hər yerində olduğu kimi Çilov adasında da Anım mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən “28 May” NQÇİ-nin baş mühəndisi Qabil Qənbərov Erməniistan silahlı birləşmələrinin keçmiş Sovet Ordusunun Xankəndində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikasının, hərbçilərinin yaxından iştirakı ilə qədim insan məskənlərindən biri, tarixi abidələrlə zəngin olan Xocalının dinc sakinlərinə qarşı törətdikləri amansız vəhşiliklərin təkcə xalqımıza qarşı deyil, ümumiyyətlə bütün bəşəriyyətə, insanlığa qarşı törədilmiş beynəlxalq cinayət olduğunu vurğuladı. Faciə nəticəsində 613 nəfərin qətli,1275 nəfərin əsir və girov götürülməsi, 487 nəfəriin şikəst qalması, 150 nəfərin itkin düşməsi, 8 ailənin bütünlüklə məhv olması, qocalara, qadınlara, uşaqlara işgəncələr verilərək öldürülməsi, şəhərin yerlə-yeksan edilərək 5 milyard rubl dəyərində ziyan vurulması mərasim iştirakçılarının nəzərinə çatdırıldı. Natiq bu qanlı cinayətin qan yaddaşımızdan heç zaman silinməyəcəyini qeyd etdi. O,həmçinin vurğuladı ki, bu soyqırımına siyasi və hüquqi qiymət verilməsi yalnız ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Bakıda dövlətimiz tərəfindən Xocalı şəhidlərinə ucaldılmış abidə kompleksi xalqımızın şəhid soydaşlarımızın xatirəsinə dərin ehtiramının əyani təcəssümüdür.
Çıxışlardan sonra Xocalıda faciə zamanı həlak olmuş günahsız insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilərək ruhlarına rəhmət oxundu. Anım tədbirinin sonunda mərasim iştirakçılarına 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecədə Xocalıda baş verən dəhşətli hadisələrdən bəhs edən sənədli film nümayiş etdirildi.
Çıxışlardan sonra Xocalıda faciə zamanı həlak olmuş günahsız insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilərək ruhlarına rəhmət oxundu. Anım tədbirinin sonunda mərasim iştirakçılarına 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecədə Xocalıda baş verən dəhşətli hadisələrdən bəhs edən sənədli film nümayiş etdirildi.