Pirallahı rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı ağacəkmə aksiyası həyata keçirildi
10 may 2021 | 11:00
Müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində heç vaxt silinməyəcək dərin izlər buraxmışdır. Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi, mədəni və dövlətçilik həyatının bütün sahələrində dirçəliş məhz Heydər Əliyevin adı ilə əlaqədardır. Bu gün Ümummilli liderimizin ölümündən 18 ilə yaxın bir müddət keçməsinə baxmayaraq Azərbaycan xalqı öz dahi oğlunu heç vaxt unutmur və onu öz qəlbində daima yaşadır. Heydər Əliyev böyükdən-kiçiyə hər kəsin qəlbində dərin məhəbbət və ehtiramla xatırlanır. Hər il Ulu öndərin doğum və anım günlərində onun məzarı başında - Fəxri xiyabanda yaşanan izdiham xalqın öz böyük oğluna əbədi məhəbbətinin əyani təcəssümüdür.
Bu il də 10 may 2021-ci il tarixində dahi şəxsiyyətin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Respublika ərazisində olduğu kimi, paytaxt Bakının ən gənc rayonu olan Pirallahı rayonunda da Rayon İcra Hakimiyyəti, YAP Pirallahı rayon təşkilatı, idarə və müəssisələrin də iştirakı ilə genişmiqyaslı ağacəkmə kompaniyası keçirilimişdir. Belə ki, Gürgən qəsəbəsi ərazisində 900-ə yaxın (Tuya, Sərv, Zeytun və gül kolları) ağac və gül kolları əkilərək aqrotexniki qulluq göstərilmişdir. Rayon yarandığı gündən bu günədək ümumilikdə əkilən ağacların sayı 360700 ədəd təşkil etmişdir.
Bu əlamətdar gün və Ramazan bayramı münasibətilə şəhid ailələri, qazilər, müharibə iştirakçıları, mömün və aztəminatlı ailələrə bayram sovqatları paylanılmışdır. Bayram sovqatları Həmkarlar İttifaqı Konfedrasiyasının xətti ilə 50 ədəd, Qızıl Aypara Cəmiyyəti tərəfindən 35 ədəd, Rayon İcra Hakimiyyəti tərəfindən 100 ədəd təşkil edilmişdir. İlin əvvəlindən H.Əliyev Fondu tərəfindən bu qəbildən olan 194 ailəyə bayram sovqatı paylanılmışdır. Xüsusi ilə vurğulanmalıdır ki, müharibə iştirakçıları, şəhid ailələri YAŞAT Fondu tərəfindən daim diqqət mərkəzindədir. Rayon İcra Hakimiyyəti tərəfindən mənzil uçotuna götürülmüş 4 ailə (2-si şəhid, 2-si qazi olmaqla) artıq tam təmirli mənzillərlə təmin olunmuşdular.