Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda göz xəstəliklərinin müayinəsi ilə bağlı humanitar aksiya keçirilmişdir

19 may 2021 | 11:00
19 may 2021-ci il tarixində  “Xəzər Qayğıkeşlik Layihəsi” Humanitar İctimai Birliyinin dəstəyi, Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı rayonu, Pirallahı qəsəbəsində Azercell-in “Mobil Göz Klinikası” tərəfindən ödənişsiz göz müayinələrinin təşkili aksiyası çərçivəsində Vətən müharibəsi iştirakçıları, aztəminatlı ailələr və rus icmasının üzvləri olmaqla ümumilikdə 39 nəfər müayinə olunaraq oftalmoloji yardım göstərilmişdir. Müraciət edənlərdən 7 nəfər eynəklə təmin edilmiş, 4 nəfər isə gözünün müalicəsi ilə əlaqədar Abşeron Rayon Masazır qəsəbəsində yerləşən “Xəzər Qayğıkeşlik Layihəsi”  göz Klinikasına dəvət olunmuşdur.
 
Keçidlər