Rayon İcra Hakimiyyətinin başçısı peyvəndlənmə prosesi ilə tanış oldu
Pirallahı rayonunda fəaliyyət göstərən tibb müəssisələrində "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiya prosesi uğurla davam etdirilir.
Mayın 25-də Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov peyvəndlənmə ilə bağlı 10 nömrəli BŞX-da yaradılmış şəraitə baxmış və vaksinasiya prosesi ilə tanış olmuşdur. 10 saylı BŞX-nın baş həkimi Ələddin Muxtarov rayonda vaksinləşmə prosesinin yüksək mütəşəkkilliklə keçirilməsi üçün bütün zəruri tədbirlərin görüldüyünü bildirib. Baş həkim hazırda rayonda yaşı 18–dən yuxarı olan rayon sakinlərinin könüllülük əsasında peyvənd olunduqlarını bildirib. Mövcud vəziyyətlə tanış olan rayon rəhbərliyi işlərin yüksək səviyyədə həyata keçirilməsini, bunun üçün bütün lazımi tədbirlərin görülməsini qeyd edərək aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib. Qeyd edək ki, Pirallahı rayonunda peyvəndlənmə prosesi yüksək səviyyədə təşkil olunub və əhalinin 40 faizdən çoxu COVID-19-a qarşı peyvəndlənib. Pirallahı rayonunun göstəriciləri ölkə üzrə ön sıradadır.
Diqqətə çatdırıldı ki, vaksinasiya prosesinə könüllü olaraq qatılan rayon sakinləri Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya hər zaman dərin minnətdarlıq bildirirlər.