Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda göz xəstəliklərinin müayinəsi ilə əlaqədar növbəti humanitar aksiya həyata keçirildi

04 iyun 2021 | 11:00
04 iyul 2021-ci il tarixdə “Xəzər Qayğıkeşlik layihəsi” Hümanitar İctimai Birliyinin dəstəyi, Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı rayonu, Pirallahı qəsəbəsində Azercell-in “ Mobil Göz Klinikası” tərəfindən növbəti ödənişsiz göz müayinəsi aksiyası həyata keçirildi. Aksiya Çərçivəsində Vətən müharibəsi və Birinci Qarabağ müharibəsi iştirakçıları başda olmaqla, rayonda yaşayan əsasən imkansız ailələrdən olan ümumilikdə 40 nəfər müayinə edilmişdir. Nəticədə aksiyada iştirak edən 18 nəfər optik eynəklərlə təmin edilmiş, 2 nəfər isə müalicə ilə əlaqədar Apşeron Rayon Masazır qəsəbəsində yerləşən “Xəzər Qayğıkeşlik Layihəsi” göz Klinikasına dəvət olunmuşdur.
Məlumat üçün bildiririk ki, sayca ikinci dəfə keçirilən aksiyada ümumilikdə 79 nəfər iştirak etmiş, onlardan 25-i müvafiq eynəklərlə təmin edilmiş və 6-sı “Xəzər Qayğıkeşlik Layihəsi” göz Klinikasına göndəriş almışdır.
Qeyd edək ki, rayonda bundan sonra da müxtəlif sahələri əhatə edən humanitar aksiyaların həyata keçirilməsi Rayon İcra Hakimiyyətinin gündəliyində saxlanılmaqdadır.
 
Keçidlər