Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhəri İcra Hakimiyyətinin təşəbbüsünə Pirallahı rayonu da qoşuldu

10 iyun 2021 | 11:00

Meriya və rayon icra hakimiyyətləri sakinlərə müraciət edərək öz şəhərini sevən hər bir vətənpərvər insanı bina və həyətlərin yaşıllaşdırılması və bəzədilməsi işlərində fəal olmağa, paytaxtımızın gözəlliyinə öz töhfəsini verməyə çağırır.
    Qeyd olunmalıdır ki,  bu mənzərəyə dünyanın bir çox şəhərlərində rast gəlmək olar. Sakinlər öz təşəbbüsləri ilə yaşadıqları binaların eyvanlarını müxtəlif rəng çalarlı gül-çiçəklərlə bəzəyirlər. Təcrübə göstərir ki, sakinlər bu təşəbbüslərdə fəal iştirak etdikdə işlər daha geniş vüsət alır. Hər bir sakin, onların ailə üzvləri eyvanlarında qoyulan dibçəklərdəki güllərə qulluq edib, onlara mütəmadi olaraq su verərsə güllər daha yaxşı inkişaf edərək əraziyə gözəllik verəcək.
     Qeyd edək ki, Pirallahı rayonunda mərkəzi yolboyu Səməd Vurğun küçəsində yerləşən binaların eyvanına 50-dən çox geron tipli gül dibçəkləri quraşdırılmış və bu işlər davam etdirilməkdədir. Bu təşəbbüs Pirallahı rayonu sakinləri tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Həmçinin sakinlərə quraşdırılmış dibçəklərə aqrotexniki qulluq edilməsi və vaxtaşırı suvarılması tövsiyyə edilmişdir.

 


   

Keçidlər