Şriftin ölçüsü :

Saytın rəngi :

15 İyun - Qurtuluş günü ilə bağlı “Azərbaycan dövlətçiliyinin xilası günü” başlıqlı videokofrans keçirildi

15 iyun 2021 | 11:00
14 iyun 2021-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “15 İyun-Qurtuluş günü”nə həsr olunmuş onlayn formatda konfrans keçirilib. “Azərbaycan dövlətçiliyinin xilası günü” başlığı altında təşkil olunan tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Himninin səslənməsi ilə başlamışdır. Tədbirdə YAP Pirallahı rayon təşkilatının sədr əvəzi, Ağsaqqallar Şurasının sədri Əli Kərimov,  Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, 235 nömrəli tam orta məktbin tarix müəllimi Türkan Məmmədova, YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədr müavini, Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı Aysel Qəribli çıxış edərək bildirmişlər ki, 1993-cü ildə Azərbaycan çox ağır siyasi böhranla üz-üzə qalmışdır. Bir tərəfdən erməni işğalçılarının hücumları, digər tərəfdən isə ölkənin daxilində baş verən xaos Azərbaycan dövlətçiliyinin mövcudluğunu sual altında qoyurdu. Belə çətin ictimai-siyasi vəziyyətdə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev tarixi xilaskarlıq missiyasını öz üzərinə götürərək dövləti yox olmaq təhlükəsindən çıxarmışdır. Görkəmli dövlət xadimi Heydər Əliyev böyük siyasi təcrübəsi ilə Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərqərar edildi.
      Yekunda çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov Ulu Öndərin müxtəlif sahələrdə Azərbaycan dövlətinə verdiyi töhfələrdən danışaraq qeyd etmişdir ki, bu gün xalqımız qazandığı bütün nailiyyətlərə görə  Heydər Əliyev dühasına borcludur. V.Səfixanov vurğuladı ki, Milli Qurtuluş günü ilə başlanan və uğurla davam edən dövlətçiliyimiz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin başçılığı ilə  daha böyük beynəlxalq və regional uğurlara imza atır.
 
 
Keçidlər