Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunun ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirildi

14 iyun 2021 | 11:00
Bu gün Respublikamızın bütün ümumtəhsil müəssisələrində olduğu kimi Pirallahı rayonunda fəaliyyət göstərən məktəblərdə də “Son zəng” tədbirləri keçirilmişdir.
Verilmiş təlimata uyğun keçirilən “Son zəng” tədbirləri məktəblərin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində və bir saatdan artıq olmamaqla baş tutdu. Tədbirlərdə iştirak edən Rayon İcra Hakimiyyətinin əməkdaşları məzunları əlamətdar gün münasibətilə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun adından təbrik etdilər. Bununla yanaşı diqqətə çatdırıldı ki, qalib ölkənin ilk məzunları olmaq xüsusiyyətini özlərində daşıyan şagirdlər öz ölkələri üçün layiqli vətəndaş olmağı əsas məqsəd bilməlidirlər. Azərbaycanın gələcəyi üçün layiqli, ləyaqətli və vətənpərvər gənclər yetişdirilməsinin vacibliyi vurğulanaraq qeyd edildi ki, rayonumuzdan Vətən müharibəsində şəhid olan iki qəhrəman sakinimiz bütün məzunlara örnək olmalıdır. Şagirdlərə təbriklərini çatdırmaq üçün məktəb rəhbərliyi və tədbirə məhdud sayda qoşulan müəllim heyəti də çıxışlar etdi.
Qeyd edək ki, 2020-2021-ci tədris ili üzrə rayonda fəaliyyət göstərən 7 məktəbdə ümumilikdə 13 sinif və 197 məzun vardır.
 
Keçidlər