26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü ilə bağlı “Zəfər müjdəli Müzəffər Ordu” başlıqlı videokofrans keçirildi
25 iyun 2021 | 11:00
25 iyun 2021-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “26 İyun – Silahlı Qüvvələr günü”nə həsr olunmuş videoformatda konfrans keçirildi. “Zəfər müjdəli Müzəffər Ordu” başlığı altında təşkil olunan konfransda Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri, Birinci Qarabağ və Vətən müharibəsinin iştirakçıları iştirak etdilər.Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Tədbirdə Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Süpay Məmmədov, “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr” Veteranlar Təşkilatının Pirallahı rayon filialının sədri Xəqani Şirinov, Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü Əbdülxaliq Mustafayev çıxış edərək iştirakçıları ordumuzun yaranmasının 103-cü ildönümü münasibətilə ilə təbrik etdilər.
Çıxışlarda ordumuzun yaradılmasından və keçdiyi şərəfli yoldan bəhs olunmuş və qeyd edilmişdir ki, 26 iyun 1918-ci ildə əsası qoyulan Milli Ordumuzun xalqımızın erməni daşnaklarından qorunmasında xüsusi rolu olmuşdur. Hərb nazirimiz Səməd bəy Mehmandarov və onun müavini "Artilleriyanın Allahı" sayılan təcrübəli Əliağa Şıxlınskinin rəhbərliyi altında ordumuz sağlam təməllər üzərində qurulmuşdur. Lakin, 1920-ci il aprel işğalından sonra ordumuzun tamamilə məhv edildiyini söyləyən natiqlər 1971-ci ildə Ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində general Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasının Azərbaycan Ordusunun tarixində dönüşə səbəb olduğunu qeyd etdilər. Əminliklə vurğulandı ki, Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz Ümummilli lider Heydər Əliyevin gərgin əməyinin bəhrəsidir. Çıxışlarda o da bildirildi ki, Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı 26 iyun tarixi 1998-ci ildən ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir. Ali Baş Komandan İlham Əliyevin Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində, Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur. Elə bu uzaqgörən siyasətin nəticəsində Şanlı Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə 30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımızı 44 gün ərzində azad etmişdir.
Yekunda çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə təltif olunan vətən müharibəsi iştirakçılarını təbrik edərək, torpaqlarıızın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş hər bir şəxsin dövlətimizin xüsusi diqqət və qayğısı altında himayə olunduğunu vurğulamışdır.