Pirallahı rayonunda əhalinin tibbi müayinəsi uğurla gerçəkləşir
02 mart 2014 | 11:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən bu ilin fevral ayının 17-dən Respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Pirallahı rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi prosesinə start verilib.
Müayinələr Pirallahı qəsəbəsində 10 saylı Birləşmiş Şəhər Xəstəxanasında, eləcə də Çilov adasındakı 16 saylı Birləşmiş Şəhər Xəstəxanasında və Neft Daşlarında yerləşən tibb məntəqəsində aparılır. Fevralın 17-dən indiyədək 2 700-dək sakin müayinədən keçmişdir. Bu humanist aksiya bir daha göstərir ki, neft kapitalının insan kapitalına çevrilməsini prioritet istiqamət elan etmiş dövlətimizin başçısının həyata keçirdiyi siyasətin əsasında insan amili, vətəndaşların rifah halının yüksəldilməsi, sağlamlığının qorunması dayanır.
10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ələddin Muxtarov bildirdi ki, idarə və müəssisələrdə çalışan insanlar, işləməyən rayon sakinləri, məktəblilər qrafikə uyğun müayinədən keçirlər. Xüsusi yaradılmış həkim briqadası evlərdə yataq xəstələrinin və yaşlı insanların müayinəsini aparır. İndiyədək 10 saylı BŞX-da 1300 nəfərdən çox sakin, o cümlədən 623 işçi, 508 sakin, 278 məktəbli müayinə edilmiş, xəstəlik aşkarlanmış 160-dan çox insana müalicə kursları təyin olunmuş və ya stasionara yerləşdirilmişlər.
Ölkə rəhbərinin bu nəcib təşəbbüsünü dərin minnətdarlıq hissi ilə qarşılayan rayon sakinləri xəstəxana heyətinin işindən, burada yaradılan şəraitdən razı qaldıqlarını bildirmişlər. Xəstəxanada görüşdüyümüz Səməd Əhmədov, Sevda Alxasova, İlqar Məmmədli müayinə olunduqdan sonra ölkə vətəndaşlarının sağlamlığı qayğısına yüksək səviyyədə diqqətə görə Prezident İlham Əliyevə rayon sakinləri adından minnətdarlıqlarını bildirmişlər.