“Qəyyumluq və himayəçilik Komissiyası”nın növbəti iclası keçirildi
16 iyul 2021 | 11:00
İyulun 16-da Pirallahı Rayon İcra Hakimiyyəti başçısı yanında “Qəyyumluq və himayəçilik Komissiyası”nın növbəti iclası keçirilmişdir. Komissiyanın iclasının tarixi və yeri haqqında yetkinlik yaşına çatmayanlara, onların valideynlərinə və ya digər qanuni nümayəndələrinə, iş üzrə tərəflərə, iştirakı məcburi olan digər şəxslərə məlumat verilmiş və iştirakları təmin edilmişdir. İclas zamanı baxılan işlər üzrə uşaqların üstün hüquq və mənafeləri nəzərə alınaraq müvafiq qərarlar qəbul edilmişdir.
Qeyd edək ki, yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin qorunması, həyat şəraitlərinin yaxşılaşdırılması, sağlamlıqlarının qorunması, tərbiyəsi, təhsil almaları, qanunazidd əməllərin qarşısının alınması və bu sahədə digər tədbirlərin görülməsi məqsədilə Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin başçısının yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə” və “Qəyyumluq və himayəçilik” komissiyaları fəaliyyət göstərir. Komissiyalar sədr, məsul katib və uşaqlarla iş üzrə məsləhətçi-psixoloq da daxil olmaqla 9 üzvdən ibarətdir. Komissiyaların fəaliyyəti təsdiq edilmiş illik iş planlarına və normativ aktlara uyğun olaraq həyata keçirilir.