Pirallahıda ictimai nəqliyyatda və qapalı məkanlarda növbəti dəfə reydlər keçirilib
12 avqust 2021 | 11:00
Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları ictimai nəqliyyatda tibbi maskalardan istifadə etməyən şəxslərin aşkarlanması istiqamətində növbəti nəzarət-profilaktik tədbirlər həyata keçiriblər.
Tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Polis əməkdaşları onları ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni, qoruyucu tibbi maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.
Profilaktik tədbir zamanı ictimai nəqliyyat vasitələrində tibbi maskadan istifadə etməyən sərnişinlər, eləcə də sürücülər polis əməkdaşları tərəfindən müəyyənləşdiriliblər. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb.
Tədbirlər zamanı taksi avtomobillərində şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barəsində də qanunauyğun tədbirlər görülüb.
Pirallahı Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən, həmçinin fəaliyyətinə icazə verilən ticarət obyektlərində də nəzarət-profilaktik tədbirlər keçirilib. Qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslər müəyyənləşdirilib, onlarla izahedici söhbətlər aparılıb. Xəbərdarlıqlara məhəl qoymayan şəxslər barəsində isə intizam tədbirlər tətbiq olunub.