Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda ulu öndər Heydər Əliyevin irsi öyrədilir

05 mart 2014 | 11:00
  Pirallahı rayonunun orta ümumtəhsil məktəblərində ulu öndər Heydər Əliyevin irsinin öyrədilməsi ilə əlaqədar dərslərin keçirilməsinə başlanıb.
  24 fevral 2014-cü il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatı və Bakı Şəhəri üzrə Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Pirallahı rayonu 186 №-li tam orta məktəbdə 11-ci sinifdə təhsil alan şagirdlərə “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” mövzusunda tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, məktəbin müəllim heyəti, şagirdlər iştirak etmişlər.
  Tədbiri giriş sözü ilə məktəbin direktoru Arif Xankişiyev açaraq, ümummilli lider Heydər Əliyevin müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs etdi. O, çıxışda ulu öndərin elm, təhsil, mədəniyyət sahələrinin inkişafında göstərdiyi əvəzolunmaz xidmətlərindən, onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramlarından danışdı. Sonra məktəbin tarix müəllimi Yaqub Hüseynov ulu öndər Heydər Əliyevin şərəfli ömür tarixindən və Azərbaycan tarixində qoyduğu izdən geniş danışdı, şagirdlərlə sorğu apardı.
  Tədbirin sonunda isə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.
  Növbəti tədbir 03 mart 2014-cü il tarixdə keçirildi. Tədbirə rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Pirallahı rayon təşkilatının fəalları, 168 №-li məktəbin müəllim heyəti və 11-ci sinif şagirdləri iştirak etdilər.
Tədbirin açılışını elan edən YAP Pirallahı rayon təşkilatının sədr müavini Həsən Niftəliyev bildirdi ki, hakimiyyət başına gəldiyi ilk gündən Azərbaycanın həyati əhəmiyyətli məsələləri ilə məşğul olmağa başlayan bu dahi şəxs-ulu öndər Heydər Əliyev ölkədaxili siyasi vəziyyəti sabitləşdirməyə nail oldu.
  Tədbirdə çıxış edən Pirallahı rayon 168 №-li tam orta məktəbin tarix müəllimi Səkinə Sadıxova Ulu Öndərin həyatı barədə dolğun informasiya verdi. O, Heydər Əliyevin müasir Azərbaycanın qurucusu olduğunu bildirərək, ölkəmizin dünya ölkələri arasında layiqli yer almasında Ulu Öndərin xidmətlərinin danılmaz olduğunu vurğulayıb. Ölkənin dağılmış iqtisadiyyatını yeni əsaslarla bərpa edib, ölkədə bazar iqtisadiyyatı sisteminin qurulmasını təmin etmək məqsədi ilə köklü iqtisadi islahatlara başlamışdır.
Tədbirin sonunda iştirakçılara Ulu Öndərin həyatından bəhs edən videoçarx nümayiş olundu. 11-ci sinif şagirdləri üçün dahi şəxsiyyətin irsinin öyrənilməsi ilə bağlı dərslər mayın 19-dək davam edəcək. Bu dərslərdə Pirallahı rayonunun bütün məktəblərinin iştirakı nəzərdə tutulub.
Keçidlər