Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonu ərazisində reydlər davam etdirilir

27 avqust 2021 | 11:00
      Koronavirus infeksiyasının kütləvi yayılmasının və onun ağır fəsadlarının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarların icrası ilə əlaqədar polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
     Pirallahı Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən virusun yayılma riskinin yüksək olduğu qapalı məkanlarda – market, mağaza və digər obyektlərdə, eyni zamanda ictimai nəqliyyatda tibbi maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı tövsiyələr verilib, maarifləndirici söhbətlər aparılıb. Xəbərdarlıqlara məhəl qoymayan şəxslər barəsində isə intizam tədbirlər tətbiq olunub.

 

Keçidlər