Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunun təhsil müəssisələrində əyani tədrisə başlanılıb

22 sentyabr 2021 | 11:00
Bu gün Respublikamızın bütün bölgələrində olduğu kimi Pirallahı rayonunda da ibtidai (I-IV) siniflərdə ənənəvi formada yeni tədris ili start götürüb. İlk dərs günü rayon ərazisində fəaliyyət göstərən altı tam orta təhsil müəssisəsində ümumilikdə 1265 ibtidai sinif şagirdi əyani tədrisə başlayıb ki, onlardan 251-i birinci sinif şagirdləridir. Məlumat üçün bildirək ki, orta məktəblərdə ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunmuşdur.
Qeyd edək ki, hazırda ölkəmizdə davam edən “COVİD-19” pandemiyası ilə mübarizədə məktəblərdə peyvəndləmə prosesi böyük həcmdə yekunlaşdırılıb. Tədris ilinin ilk günü də Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilən təlimatlara uyğun olaraq “COVİD-19” pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində ilk dərs günü şagirdlərin qəbulu  prosesi həyata keçirilib. Keçirilən tədbirlərdə Rayon İcra Hakimiyyətinin əməkdaşları iştirak edərək RİH başçısı adından yeni dərs ilinin başlaması münasibətilə şagirdləri və pedoqoji kollektivi təbrik etdi və qalib Azərbaycanın ilk birinciləri olma xüsusiyyətini daşıyan şagirdlərə təhsil həyatları boyunca bu ada layiq olmağı tövsiyə etdi. Bununla yanaşı diqqətə çatdırıldı ki, rayonumuzdan Vətən müharibəsində şəhid olan iki qəhrəman sakinimiz bütün şagirdlərə, gənclərə örnək olmalıdır. Şagirdlərə təbriklərini çatdırmaq üçün məktəb rəhbərliyi və tədbirə məhdud sayda qoşulan müəllim heyəti də çıxışlar etdi.
Məlumat üçün bildirək ki, 2020-2021-ci tədris ilində Pirallahı rayonunun tam orta məktəblərindən 9 azərbaycan, 3 rus sektoru olmaqla 201 nəfər orta məktəbi bitirmiş, onlardan 136 nəfər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanında iştirak etmiş və 86 nəfər tələbə adını qazanmışdır.
 
 
Keçidlər