Pirallahı rayonunda əhalinin tibbi müayinəsi davam etdirilir
07 mart 2014 | 11:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən bu il fevral ayının 17-dən Respublikamızın bütün bölgələrində olduğu kimi, Pirallahı rayonunda da əhalinin kütləvi dispanserizasiyası məqsədilə tibbi müayinədən keçirilməsi işinə başlanıb və bu prosses hazırda da davam etdirilməkdədir.
Pirallahı rayonunda vətəndaşların tibbi müayinədən keçirilməsi məqsədilə rayonun bütün qəsəbələri üzrə xüsusi qrafik tərtib olunmuş və bu qrafikə əsasən rayonda fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlarda çalışan işçilər, həmçinin digər vətəndaşlar, məktəblilər müayinə prosesinə cəlb olunurlar. Aksiya çərçivəsində rayon üzrə ümumilikdə 18 mindən çox sakinin tibbi müayinədən keçəcəyi planlaşdırılıb və bunun üçün xüsusi tədbirlər planı işlənib hazırlanmışdır. Plana əsasən 10 saylı Birləşmiş Şəhər Xəstəxanasında, eləcə də Çilov adasında yerləşən 16 saylı Birləşmiş Şəhər Xəstəxanasında və Neft Daşlarında yerləşən tibb məntəqəsində bu günə qədər rayonun hər üç qəsəbəsi üzrə 3544 vətəndaş tibbi müayinədən keçmişdir.
10 saylı Birləşmiş Şəhər Xəstəxanasının poliklinika üzrə baş həkimin müavini Həsən Quliyevdən aldığımız məlumata görə bu xəstəxanada indiyədək 213 nəfər elektro-kardioqramma, 284 nəfər ultrasəs tezlikli müayinə, 2013 nəfər laborator müayinə olunub. Aşkar edilən xəstəliklər arasında arterial hipertenziya, kəskin respirator xəstəliklər, ürəyin işemik xəstəlikləri üstünlük təşkil edir. Bu günə qədər 148 nəfər ambulator, 71-dən çox xəstə isə stasionar müalicəyə qəbul olunub.
Ölkə rəhbərinin bu nəcib təşəbbüsünü dərin minnətdarlıq hissi ilə qarşılayan rayon sakinləri xəstəxana heyətinin işindən, burada yaradılan şəraitdən razı qaldıqlarını bildirirlər. Müayinədən keçən sakinlər bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə edirlər.