Pirallahı rayonunda Vətən Müharibəsi iştirakçıları ilə növbəti görüş keçirilib
28 sentyabr 2021 | 11:00
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu ötən il sentyabrın 27-dən etibarən mənfur düşmənlərimizə qarşı əks hücum əməliyyatına başladı. Qəhrəman Azərbaycan xalqı həmrəylik nümayiş etdirərək 44 gün ərzində torpaqlarımızı düşməndən azad etdi. Erməni hərbi birləşmələrini darmadağın edərək, 30 illik həsrətə son qoyudu.
28 sentyabr 2021-ci il tarixində İcra Hakimiyyətinin və Dövlət Məşğulluq Agentliyinin 2 saylı Ərazi Məşğulluq filialının birgə təşkilatçılığı ilə rayonumuzda Vətən Müharibəsi iştirakçıları və qaziləri ilə karantin qaydalarına uyğun olaraq görüş keçirildi. Tədbir iştirakçılarının istək arzuları ələlxüsus işlə təmin olunmaları barədə müraciətləri diqqətlə, fərdi qaydada dinlənildi. İcra Hakimiyyətinin başçısı Vasif İmanov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qələbənin əldə olunması yolunda göstərdiyi misilsiz xidmətləri barədə ətraflı məlumat verdi. Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın göstəriş və tapşırıqlarına uyğun olaraq şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının dövlətin daimi diqqəti mərkəzində hər cür qayğı ilə əhatə olmaları tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Görüşdə iştirak edən 16 nəfər müharibə iştirakçısının istək və arzuları nəzərə alınmaqla müvafiq işlər təklif edildi. 2 saylı Bakı Ərazi Məşğulluq filialının müdiri Rahim Əliyev tərəfindən təklif edilən vakansiyalarda əmək haqqının minimum 400 manatdan başlayaraq 1000 manata qədər olduğu bildirildi. İştirakçılardan 13 nəfəri təklif olunan işlə razılaşdığını bildirdi, 3 nəfər isə aidiyyəti üzrə istiqamətləndirildi.
Rahim Əliyev bildiridi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu”nda iştirak edən işəgötürənlərin sayı artaraq 512-ə çatıb. Onların 268-i dövlət, 244-ü özəl müəssisələrdir. Vətən müharibəsində yaralanmış qazilərimizin və şəhid ailəsi üzvlərinin məşğulluğuna dəstək məqsədi daşıyan marafona işəgötürənlər tərəfindən artıq 2518 vakansiya təqdim edilib. Vakansiyalar üzrə verilən göndərişlər əsasında artıq 736 nəfər (o cümlədən 122 şəhid ailəsi üzvü və 614 qazi) işlə təmin olunub. Hazırda da bu kateqoriyalardan olanlara vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.
Müharibə iştirakçıları dövlətimizə, millətimizə və Prezidentimizə hər zaman sadiq olduqlarını və lazım gəldiyi anda yenidən silaha sarılaraq düşmənlərimizə qarşı vuruşacaqlarını bir daha bəyan etdilər. Vətən Müharibəsi iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.