Pirallahıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu
01 oktyabr 2021 | 11:00
Pirallahı rayonunda 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Tədbiri Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov açaraq bildirdi ki, Azərbaycan prokurorluğu yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirib. V.İmanov bildirdi ki, Azərbaycan Prokurorluğu 80 il ərzində dövlətin etibarlı sütunlarından biri kimi fəaliyyət göstərsə də, prokurorluq işçilərinin peşə bayramının qeyd edilməsi ilə əlaqədar dövlət səviyyəsində heç bir təşəbbüs göstərilməyib, bununla əlaqədar hər hansı rəsmi tədbir görülməyib. Məhz ulu öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə 1 oktyabr-Prokurorluq işçilərinin peşə bayramı gününün təsis edilməsi tarixi ədalətin bərpa edilməsi ilə yanaşı, hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa dövlət səviyyəsində qayğının ifadəsi və prokurorluğun roluna rəsmi münasibətin təzahürüdür. Ulu öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış müdrik siyasətini yeni müstəvidə və dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əldə olunmuş böyük uğurlardan və görülən nəhəng işlərdən, dövlətimizin daha da qüdrətlənməsindən, xalqımızın maddi və sosial rifah halının davamlı olaraq yaxşılaşdırılmasından danışdı. Rayon prokuroru Zaur Axundzadə diqqətə çatdırdı ki, Pirallahıda prokurorluqla digər hüquq mühafizə orqanlarının əməkdaşlığı yüksək səviyyədədir. Qarşılıqlı əlaqə nəticəsində rayonda sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub.
Çıxış edən digər yerli hüquq mühafizə orqanlarının rəhbərləri də prokurorluq əməkdaşlarını təbrik ediblər.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətləri ilə fərqlənən rayon prokurorluğunun bir sıra əməkdaşlarına İcra Hakimiyyətinin “Fəxri fərmanları” təqdim edildi.