Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad edilməsindən 1 il ötür

09 oktyabr 2021 | 11:00

Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da erməni işğalçılarından azad edilmişdir.
Hadrut qəsəbəsi və daha 8 yaşayış məntəqəsinin işğaldan azad edildiyini Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2020-ci il oktyabrın 9-da xalqa müraciətində elan etmişdi.
Dövlət başçısı aparılan uğurlu əməliyyatla Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı, Tərtər rayonunun Çaylı, Xocavənd rayonunun Sor kəndlərinin və Hadrut qəsəbəsinin işğaldan azad edildiyini bildirmişdi.
Hadrutun azad edilməsi 44 günlük müharibənin əsas dönüş nöqtələrindən hesab olunur.
Hadrut əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilmişdir.

Keçidlər