Pirallahı rayonunda Zəngilanın azad olunmasının ildönümü münasibətilə tədbirlər keçirilib
20 oktyabr 2021 | 11:00
20 oktyabr 2021-ci il tarixində Bakı şəhəri Pirallahı rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərində Zəngilan rayonunun işğaldan azad olunmasının birinci ildönümü ilə bağlı tədbirlər keçirilib.
Tədbirlərdə şəhidlərimizin müqəddəs ruhu ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükutla yad edilmişdir.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Vətən müharibəsi əlilləri və iştirakçıları, pedaqoji kollektiv və məktəblilərin iştirakı ilə keçirilən tədbirlərdə Zəngilan şəhərinin işğaldan azad edilməsinin strateji əhəmiyyəti vurğulanmışdır. Çıxış edən natiqlər bildirmişlər ki, 20 oktyabr 2020-ci il tarixində xalqımızın Zəngilan həsrətinə son qoyulmuş, doğma torpağımızda üçrəngli Azərbaycan bayrağı dalğalandırılmışdır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə Rəşadətli Azərbaycan Ordusunun şücaəti və xalqımızın həmrəyliyi nəticəsində qısa zamanda Zəngilan düşmən tapdağından xilas olmuş və zəngilanlılar öz doğma yurdlarına qovuşmuşdular.
Tədbirlərə şagirdlərin ifasında vətənpərvərlik şeirlərinin səslənməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə xalqa olan müraciətlərinə həsr olunmuş videoçarxların nümayişi ilə yekun vurulmuşdur.