Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda Qubadlının azad olunmasının ildönümü münasibətilə tədbirlər keçirilib

25 oktyabr 2021 | 11:00
25 oktyabr 2021-ci il tarixində Bakı şəhəri Pirallahı rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərində Qubadlı rayonunun işğaldan azad olunmasının birinci ildönümü ilə bağlı tədbirlər keçirilib.
COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan karantin rejimi qaydalarına uyğun olaraq keçirilən tədbirlər şəhidlərimizin müqəddəs ruhuna ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükutla başlamışdır. Daha sonra tədbirlərə şagirdlərin ifasında vətənpərvərlik şeirlərinin səslənməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə xalqa olan müraciətlərinə həsr olunmuş videoçarxların nümayişi ilə yekun vurulmuşdur.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Vətən müharibəsi əlilləri və iştirakçıları, pedaqoji kollektiv və məktəblilərin iştirakı ilə keçirilən tədbirlərdə Qubadlı şəhərinin işğaldan azad edilməsinin strateji əhəmiyyəti vurğulanmışdır. Çıxış edən natiqlər bildirmişlər ki, 25 oktyabr 2020-ci il tarixində xalqımızın Qubadlı həsrətinə son qoyulmuş, doğma torpağımızda üçrəngli Azərbaycan bayrağı dalğalandırılmışdır.
 
 
Keçidlər