Ümumrayon dama-şahmat turniri keçirilib
13 mart 2014 | 11:00
10 mart 2014-cü il tarixində Pirallahı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 186 №-li tam orta məktəbin idman zalında Rayonunun orta ümumtəhsil məktəbləri arasında Novruz bayramına həsr olunan dama-şahmat turnirinə start verilib. Turnirdə müxtəlif yaş qruplarından olan 50-yə yaxın şagird mübarizə aparıb. 2 gun davam edən yarışmada Rayon İcra Hakimiyyətinin əməkdaşları, Rayon məktəblərinin müəllim heyəti və şagirdlər iştirak ediblər.
Hər məktədən 6 nəfərin dama, 6 nəfərin isə şahmat üzrə təmsil olunduğu turnirin keçirilməsində əsas məqsəd Pirallahı rayonunda damanın və şahmatın inkişaf etdirilməsi və oyunçuların oyun təcrübəsinin artırılmasıdır.
Turnirdə şahmat üzrə birinci yeri 168, dama üzrə isə 186 №-li tam orta məktəbin komandası qazanıb. Qaliblərə Rayon İcra Hakimiyyətinin mükafat və diplomları təqdim olunacaq.