Pirallahı rayonunda Dövlət Bayrağı Günü qeyd edilib
09 noyabr 2021 | 11:00
Azərbaycanın qazandığı böyük qələbənin birinci ildönümü Zəfər və Dövlət Bayrağı günləri ərəfəsində Pirallahı rayonunda küçə, binaların eyvanları bayraqlarla bəzədilib.
Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub.
Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub.
Ümummilli lider Heydər Əliyevin siyasi həyatının bəzi məqamlarını yaşadan anlar, müstəqilliyimizin əbədiyyət tarixinin möhtəşəm səhifələri Ulu Öndərin Naxçıvan Muxtar Respublikasındakı fəaliyyəti ilə daha da zənginləşdi. Naxçıvan MR Ali Məclisinin Sədri kimi suverenliyimizin qorunması naminə önəmli islahatlar aparan, muxtar respublika Ali Məclisinin 17 noyabr 1990-cı il tarixdə keçirilən sessiyasına ağsaqqal kimi sədrlik edən Ulu Öndərin təşəbbüsü ilə dövlət rəmzlərinin bərpası ilə bağlı qərarın qəbulu həm də tarixi ədalətin bərpası idi. Həmin sessiyada Naxçıvan MSSR-in adından «sovet, sosialist» sözləri çıxarıldı. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri- bayrağı, gerbi, himni bərpa olundu. Milli istiqlal ideologiyamızın təməl prinsiplərindən olan «Türkçülük, müasirlik, islamçılıq» rəmzlərini təsvir olunan rənglərində yaşadan, Azərbaycanın varlığının, milli kimliyimizin təsdiqi olan bayrağımız ən mötəbər beynəlxalq təşkilatlarda qürurla dalğalanır. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi «Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında»” Qanunun tətbiqi ilə həmin vaxtdan Dövlət bayrağımız respublikamızın hər yerində dalğalanır.
Ümummilli lider Heydər Əliyev «Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət eyni zamanda Vətənə, xalqa , dövlətə olan məhəbbətə bərabər olsun» sözlərinin təsdiqi 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərinin müjdəçisi kimi işğaldan azad olunmuş torpaqlarımızda qürurla dalğalanmasıdır.
Ümummilli lider Heydər Əliyevin və dövlət başçımız İlham Əliyevin Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimlərində «Qurani-Kərim»lə birgə bayrağımızı öpüb, xalqa , milli- mənəvi dəyərlərə sadiq qalacaqlarına söz vermələri və vədlərinə layiqincə əməl etmələri onu göstərir ki, üçrəngli bayrağımız da müqəddəs kitabımız qədər əzizdir. Vətən müharibəsində bayrağımızı canı, qanı ilə qoruyan igidlərimiz ölümsüzlük dastanı yazaraq düşmənə göz dağı verirlər. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi ilə Prezident seçilən, andiçmə mərasimində « Dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının, ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək , ölkəmizi müharibə şəraitindən çıxarmaq, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq, onların yaxşı yaşaması üçün lazımi şərait yaratmaq- bu vəzifələr mənim prezident fəaliyyətimdə əsas istiqamətlər olacaqdır və mən bunların həyata keçirilməsinə çalışacağam. Hər bir dövlətin yaşam tarixi onun mövcudluğu ilə ölçülür, varlığın təsdiqləyən rəmzlər kimi bayraqlar da həmin tarixdən «vətəndaşlıq vəsiqəsi» qazanır, müqəddəsləşir, bir millətin qürur, iftixar mənbəyinə çevrilir» söyləyən ulu öndər Heydər Əliyevin vurğuladığı kimi, müstəqil dövlət kimi varlığımızı təsdiqləyən, hər birimizəsevinc bəxş edən, qürur mənbəyimiz olan üçrəngli bayrağımız fərəhli anlarımızın şahidi kimi daim yüksəklərdə dalğalanacaq. Ulu öndər Heydər Əliyevin «Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim Vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir»”, «Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir» sözləri gənclərimizə qətiyyətlilik tövsiyəsidir.
Dövlət rəmzlərimizə sadiqliyi, hörmət və ehtiramı «Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir» sözləri ilə ifadə edən Prezident İlham Əliyev ölkədə milli birlik və həmrəyliyi gücləndirməklə 44 gün davam edən İkinci Qarabağ müharibəsində milliyyətindən, dini etiqadından asılı olmyaraq Azərbaycan xalqını müqəddəs bayrağımız altında birləşdirdi.
Prezident İlham Əliyevin müvafiq Sərəncamları əsasında Bayraq Meydanının yaradılması, Dövlət Bayrağı Gününün təsis olunması varlığımızı təsdiqləyən rəmzimizə hörmət və ehtiramın ifadəsidir.
2016-cı ilin Aprel döyüşlərində işğaldan azad olunmuş ərazilərimizdə dalğalanan bayrağımızın ermənilərin əsarətində qalan digər rayonlarda da ucaldılacağını bəyan edən Prezident, Ali Baş Komandan İlham Əliyev qətiyyəti ilə bu vədini reallığa çevirdi, insanların torpaq həsrətinə son qoydu.
Bu gün Milli Ordumuzun işğaldan azad etdiyi rayonlarda bayraqlarımız qürurla dalğalanır. «Dünən var idik, bu gün yaşayırıq, sabah da olacağıq» ideyasını əzəməti ilə bəyan edən siyasi pasportumuz, mənəviyyatımız, milli təfəkkür və məfkurəmiz, kimliyimiz, əbədiyyət, müqəddəslik simvolu, qürur mənbəyimiz olan bayrağımız 44 gün davam edən Vətən müharibəsində düşmənə ən ağır zərbə, göz dağı oldu.
«Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan əraz bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır» söyləyən Prezident İlham Əliyev Ali Baş Komandan kimi işğaldan azad olunmuş ərazilərə bayrağımızı ucaltmaqla qüdrətli Azərbaycanın yenilməzliyini dünyaya bəyan etdi.
Ötən il Dövlət Bayrağı Günü ərəfəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza səbirsizliklə gözlədiyi müjdəni verdi: «Azərbaycan bayrağı Şuşada dalğalanır.»
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətindən sonra yüz minlərlə insan əllərində Azərbaycan bayrağı paytaxtın küçə və prospektlərinə axışaraq Şuşa Zəfərinin sevincini paylaşdılar. Həsrətlə gözlədikləri sevincli, qürurlu anları bayraqlarımızı ucadan-ucaya qaldırmaqla yaşadılar. Dövlət Bayrağı Günü ilə bir vaxta təsadüf edən Şuşanın 28 ildən sonra düşmən tapdağından xilası xalqımıza ikiqat sevinc bəxş etdi. Şuşada bayrağımız qürurla dalğalandı. Özünütəsdiq simvolu olan bayrağımızın İkinci Qarabağ müharibəsində Azərbaycan xalqına siyasi, mənəvi dəstək göstərən Türkiyənin dövlət bayrağı ilə qoşa dalğalanması, prospektlərimizi, parklarımızı bəzəməsi bütünlükdə türk dünyası birliyinin yenilməzlik rəmzi idi.
Qəhrəmanlıq salnaməmizə əbədi həkk olunan 2020-ci ilin 8 noyabr Gününün sevincini tariximizə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev yazdı. Otuz ilə qədər düşmən işğalında olan torpaqlarımızda bu bayrağın dalğalanmasını təmin etdi. Zəfərimizin sevincini «Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!» sözləri ilə ifadə edən Prezident İlham Əliyev bildirdi ki, döyüş meydanında qazanılan bu Qələbə Azərbaycan tarixində, üçrəngli bayrağımızın simasında əbədi qalacaqdır. Həmişə ucalarda olasan, Azərbaycan Bayrağı! Qarabağ Azərbaycandır!