YAP Pirallahı rayon təşkilatında Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilib
18 noyabr 2021 | 11:00
Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatı partiyanın təsis edilməsinin 29-cu ildönümü münasibətilə tədbir keçirib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, «Səs» Media Holdinqin rəhbəri Bəhruz Quliyev, YAP Pirallahı rayon təşkilatı ərazi partiya təşkilatının sədrləri, YAP veteranları və fəalları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Himnin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Yeni Azərbaycan Partiyasının 29 ildə keçdiyi şərəfli tarixi və YAP Pirallahı rayon təşkilatının fəaliyyəti barədə hazırlanan videoçarx tədbir iştirakçılarına nümayiş etdirildi.
Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov Azərbaycan dövlətçiliyinin inkişafında partiyamızın xidmətlərindən danışıb. O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirib və xalqımızın taleyində silinməz izlər qoyub: “Bu izlərdən biri də Yeni Azərbaycan Partiyasıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası bizim qarşımıza xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, ictimai həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında yaxından iştirak etmək kimi önəmli vəzifələr qoyur. Ulu Öndərin yeni bir paradiqma kimi cəmiyyətə təqdim etdiyi azərbaycançılıq məfkurəsi xalqımızı ən çətin anlarda birləşdirən və həmrəy edən məhək daşına çevrildi. 44 günlük Vətən müharibəsi dövründə biz bu ideyanın nə qədər dəyərli və həyat qabilliyətli olduğunu bir daha gördük. Cənab İlham Əliyevin rəhbərliyi altında YAP-ın ideoloji tezislərindən faydalanan bugünkü Azərbaycan sürətlə dəyişən post-modern və digital dünyada milli-mənəvi dəyərləri qoruyaraq inkişafa nail olmağın mümkünlüyünü sübut edən tərəqqi modelinə çevrilib”.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov bildirib ki, Yeni Azərbaycan Partiyasının güclü siyasi təşkilat kimi formalaşması, ölkəmizin ictimai-siyasi həyatında iqtidar partiyası kimi aparıcı yer tutması dövrün məntiqi reallığı idi: “Heydər Əliyevin ideoloji baxışlarından və siyasət fəlsəfəsindən səmərəli şəkildə bəhrələnməsi partiyanın qələbələr qazanmasını şərtləndirirdi. Bu gün də YAP möhtərəm Prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır. Partiyamız ölkənin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malikdir. Vətən müharibəsində bütün dünya Müzəffər Ali Baş Komandanımızın, möhtərəm İlham Əliyevin yüksək strateji dühasının və sərkərdəlik istedadının canlı şahidi oldu. Bu misilsiz zəfər bizi tarixin qalib xalqına çevirdi. Ulu Öndərimiz Heydər Əliyevin və cənab Prezidentin siyasətinə sadiq olan Pirallahı sakinləri bundan sonra da bu yola sədaqətlə xidmət göstərəcəklər”. Vasif İmanov həmçinin, Pirallahı rayonunda həyata keçirilən geniş quruculuq işləri haqqında da məlumat verdi.
Tədbirdə çıxış edən «Səs» Media Holdinqin rəhbəri Bəhruz Quliyev partiyanın yaranma tarixi, onun keçdiyi şərəfli inkişaf yolu haqqında fikirlərini bildirib: “Ümummilli lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan YAP-ın 29 illik inkişaf tarixi göstərdi ki, Yeni Azərbaycan Partiyasını yaradanlar, bu partiyanın təməl daşını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar”. Natiq həmçinin, ölkəmizdə azad KİV-in inkişafında dövlət başçısı, YAP sədri cənab İlham Əliyevin misilsiz xidmətlərini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Ölkədə görülmüş nəhəng miqyaslı inkişaf, quruculuq və tərəqqi trendinin əhalinin geniş təbəqələrinə təsirli, obyektiv və dolğun çatdırılmasının vacibliyini vurğuladı.
Daha sonra mövzu ilə bağlı Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü Fazil Məhəmmədov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə İşin təşkili şöbəsinin müdiri Süpay Məmmədov çıxış ediblər.