Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən gənclər arasında erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə sahəsində həyata keçirilən tədbirlər

07 dekabr 2021 | 11:00
      Azərbaycan Respublikasının Konstitusiyasına və qüvvədə olan normativ aktlara uyğun olaraq yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin,  sağlamlıqlarının qorunması, həyat şəraitlərinin yaxşılaşdırılması, tərbiyəsi, təhsil almaları, qanunazidd əməllərin qarşısının alınması və bu sahədə digər tədbirlərin görülməsi məqsədilə rayon İcra Hakimiyyəti başçısının yanında “Yetkinlik  yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə  Komissiya” və “Qəyyumluq və himayəçilik Komissiyası” yaradılmışdır.
       Azərbaycan Respublikasının ərazisində koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı görülən tədbirlər nəzərə alınaraq rayon İcra Hakimiyyətinə insanların müraciət etmək imkanlarının genişləndirilməsi məqsədilə elektron ünvan və etimad telefonu “qaynar xətt” açılmışdır. Elektron ünvan mail@pirallahi-ih.gov.az, elektron müraciət “pirallahi-ih.gov.az/feedback.html”, eləcə də açılmış etimad telefonu 012-5565942 barədə məlumatlar RİH-nin internet səhifəsində və məlumat lövhəsində yerləşdirilmiş, eləcədə bu barədə məlumatlar vətəndaşlara mütəmadi elan olunur.
       Hüquq pozuntularına qarşı əsas mübarizə vasitələrindən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin, ictimai qınağın vacibliyini, həmçinin Azərbaycan Respublikasının ərazisində koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı görülən tədbirlər də nəzərə alınaraq erkən nikah yaşında olan gənclərin məlumatlandırılmasına diqqət artırılmışdır.
        Bu məqsədlə müraciətlər (qəyyumluq, himayə, məhkəmə işləri ilə əlaqədar müvafiq rəylərin verilməsi və s.) zamanı yetkinlik yaşına çatmayanların hüquq və mənafelərinin müdafiəsi, həmçinin nikaha daxil olmaq üçün müraciət edən erkən nikah yaşında olan gənclərin erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığına, həyat keyfiyyətinə, mənəvi-psixoloji inkişafına mənfi təsiri barədə məlumatlandırılması təmin edilir.
Keçidlər