Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Nizami Gəncəvi ili” ilə bağlı silsilə tədbirlər keçirilib

15 dekabr 2021 | 11:00
       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-ci il Azərbaycan Respublikasında dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri, Nizami Gəncəvinin anadan omlasının 880 illik yubileyi münasibətilə “Nizami Gəncəvi ili” elan edilmişdir. Təsdiq olunmuş tədbirlər planına əsasən Pirallahı rayonunda yerləşən ümumtəhsil müəssisələrində,Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində, 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində və 14 nömrəli Uşaq Musiqi məktəbində dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş ədəbi-musiqili tədbirlər keçirilib.
      Tədbirlərdə çıxış edən natiqlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ili “Nizami ili” elan etməsini ölkəmizdə klassik ədəbi irsimizə, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simalarının tanıdılmasına müstəqil Azərbaycan dövlətinin göstərdiyi xüsusi diqqətin və böyük qayğının əməli ifadəsi olduğunu bildirmişlər. Qeyd edilmişdir ki, Nizami Gəncəvinin zəngin bədii irsini müasir dövrdə azərbaycançılıq və müstəqil dövlətçilik işığında yenidən gənc nəsillərə tanıtmağa ehtiyac vardır. Digər çıxış edənlər ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi tariximizə, ədəbiyyatımıza və mədəniyyətimizə olan ehtiramın təzahürü olduğunu qeyd etmiş və bildirmişlər ki, milli-mənəvi dəyərlərə hörmət ulu öndər Heydər Əliyevin apardığı siyasətin mühüm tərkib hissəsi kimi cənab Preziden İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Azərbaycan mədəniyyətinə, milli-mənəvi dəyərlərə hər zaman xüsusi diqqət yetirilib və bu siyasətin məntiqi davamıdır ki, bu gün ölkə üzrə mütəfəkkir şairimizin irsini təbliğ edən silsilə tədbirlər keçirilir.
        Tədbirlərin sonunda şagirdlərin ifasında dahi şairin “Xəmsə”sindən şerlər və musiqi bəstələri səsləndirilmişdir.
 
 
 
Keçidlər