Prezident İlham Əliyevin doğum günü münasibətilə Pirallahıda 600 ədəd ağac əkilib
24 dekabr 2021 | 11:00
24 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin anadan olmasının 60-illik yubileyi münasibətilə Pirallahı rayonunda ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı Pirallahı qəsəbəsində 600 ədəd müxtəlif ağac növləri (eldar şamı, zeytun, sərv) əkilib. Ərazidə təmizlik işləri aparılıb, yeni əkilən ağaclar suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Pirallahı rayonunun yaradılmasına dair qanunun tətbiqi barədə sərəncamı imzaladıqdan sonra, rayonumuzda ümumilikdə 365000-dən artıq müxtəlif növ ağaclar, gül və kol bitkiləri əkilib və yaşıllaşdırma işləri davam etdirilməkdədir.
2021-ci ildə Pirallahı rayonunda ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyi, insanların sağlamlığının təmin edilməsi, rayonda yaşıllıqların artırılması istiqamətində silsilə tədbirlər həyata keçirilmişdir. Cari il ərzində 4000-ə yaxın müxtəlif ağac növləri əkilmişdir ki, bu da getdikcə vüsət alan ekoloji vəziyyətin yaxşılaşdırılması işlərinə öz töhfəsini vermişdir. İDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilmiş “Yaşıl marafon” layihəsi çərçivəsində respublikanın bütün guşələrində olduğu kimi, Pirallahı rayonunda da çoxlu sayda ağaclar əkilmiş, yeni yaşıllıq zolaqları salınmışdır.
Qeyd edək ki, 2021-ci il ərzində bir sıra dövlət qurumları və eyni zamanda, müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən ABŞ-ın Azərbaycandakı səfirliyi rayon ərazisində ağacəkmə aksiyaları həyata keçirmişlər.