Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə şəhid ailələri və veteranlarla görüşlər keçirilib

30 dekabr 2021 | 11:00
Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələri və müharibə veteranları dövlətin xüsusi diqqət və qayğısı ilə əhatələniblər. Şəhidlərimizin və qazilərimizin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, gündəlik qayğılarının həlli ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir.
Prezident cənab İlham Əliyevin şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı daxili siyasət kursunun icrası məqsədi ilə Pirallahı rayonunda də müvafiq işlər görülür. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarının ailələri, eləcə də döyüşlər zamanı yaralanan qazilər daim diqqət mərkəzində saxlanılır. Onlar mütəmadi şəkildə ziyarət olunur, görüşlər təşkil edilir, onlarla birlikdə vətənpərvərlik mövzusunda müxtəlif tədbirlər keçirilir.
Dekabrın 28-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və kadr hazırlığı baş idarəsinin rəisi general-mayor Azad Əliyev, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının I müavini Vəzir Səfixanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsinin rəisi polkovnik Nasir Qurbanov  31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində  I Qarabağ müharibəsi şəhidləri Nurməhəmməd İbrahimovun və Elman Rəhimovun ailələrini ziyarət edib, onlara mənəvi dəstək olub, ailələrinə Yeni il sovqatı çatdırıblar.
29 dekabr 2021-ci il tarixdə Pirallahı Rayon İcra Hakikiyyəti başçısının I müavini Vəzir Səfixanov, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abbasov və RİH-nin əməkdaşları Vətən müharibəsi şəhidləri Vüsal Babayev və Elmar Nəbiyevin ailələrini ziyarət edib, ailə üzvləri və yaxınları ilə görüşüb, onların problem və qayğıları ilə yaxından maraqlanıb, Yeni il sovqatı çatdırıblar.
Eyni zamanda, dekabrın 29-da Vətən müharibəsinin veteranlarının iştirakı ilə vətənpərvərlik mövzusunda onlayn görüş keçirilib. Görüşdə 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi qələbənin, ilk növbədə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin böyük rəşadətinin təntənəsi olduğu, xalqımızın qəhrəman övladları ilə hər zaman fəxr etdiyi xüsusi vurğulanıb. Görüş zamanı 44 günlük Vətən müharibəsində minlərlə gəncin qəhrəmanlıqla döyüşdüyünü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğu söylənildi. Dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağı diqqətə çatdırılıb.
 
 
 
Keçidlər