Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi baş leytenant Babayev Vüsal Sübbuh oğlunun doğum günü qeyd edildi

10 yanvar 2022 | 11:00
    08 yanvar 2022-ci il tarixində 44 günlük Vətən müharibəsi şəhidi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş baş leytenant Babayev Vüsal Sübbuh oğlunun 30-cu doğum günü idi. Bu münasibətlə 07 yanvar 2022-ci il tarixində şəhidin həyat yoldaşı və övladları Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən ziyarət olunmuş, onlara bir daha baş sağlığı verilərək ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanılmış, onların bundan sonra da daim diqqət mərkəzində saxlanılacağı ifadə olunmuşdur. 08 yanvar 2022-ci il tarixində isə Şəhidin əziz xatirəsinə ehtiram əlaməti olaraq İkinci Fəxri Xiyabanda yerləşən məzarı önünə gül dəstələri düzülmüş və dualar oxunmuşdur. Daha sonra şəhidin Pirallahı rayonu, Pirallahı qəsəbəsi ərazisində yaşayan valideynləri ziyarət edilmişdir. Qeyd edək ki, Şəhidin ailəsinə RİH tərəfindən maddi yardım göstərilmiş, iki azyaşlı övladına bayram sovqatları verilmişdir.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin!
 
 
Keçidlər