Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsildən yayınan iki azyaşlı uşaq tədris prosesinə yenidən cəlb olundu

12 yanvar 2022 | 11:00
    Qısa müddət öncə sosial şəbəkə vasitəsilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan və Pirallahı rayon İcra Hakimiyyətinə yönləndirilən Pirallahı rayonu, Gürgən qəsəbəsi, E.Hüseynov küçəsi, damba 1, ev 16 ünvanında yaşayan 11 yaşlı Aylin Rzayevanın və 13 yaşlı Asif Hüseynovun təhsildən yayınması faktı Rayon İcra Hakimiyyəti başçısının yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən araşdırılmış və  faktın doğruluğu təsdiq olunduqdan sonra hər iki uşağın təhsilə cəlb olunması RİH tərəfindən təmin edilmişdir. Uşaqlar yerdəyişmə ilə Bakı şəhəri, Pirallahı rayonu, Gürgən qəsəbəsində fəaliyyət göstərən N.S.Teymurov adına 231 №li tam orta məktəbdə təhsillərini davam etdirəcəkdir. Məlumat üçün qeyd edək ki, sözügedən ailə cari ilin avqust ayında Lənkəran rayonundan köçərək yuxarıda qeyd olunan ünvanda qeydiyyatsız olaraq məskunlaşmışdır.
     RİH tərəfindən uşaqlar məktəbli formaları və isti geyimlərlə təchiz olunmuş, ailə nəzarətə götürülmüşdür. Vurğulamaq istərdik ki, A.Rzayeva və A.Hüseynovun hər iki valideyninin əmək qabiliyyəti məhduddur.
Keçidlər