Şriftin ölçüsü :

Saytın rəngi :

Futbol üzrə rayon birinciliyi keçirilmişdir

16 mart 2014 | 11:00
  Ölkəmizdə bütün sahələrdə olduğu kimi, idman sahəsində də, bədən tərbiyəsi və idmanın maddi-texniki bazasının daha da inkişafı və möhkəmləndirilməsi istiqamətində də genişmiqyaslı işlər davam etdirilir. Belə ki, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramı”na əsasən Pirallahı rayonunda idman obyektlərinin əsaslı təmiri və tikintisi, o cümlədən rayon ərazisində idman meydançalarının yaradılması planlaşdırılmışdır.
   Pirallahı rayonunda idmanın kütləviliyini artırmaq və futbol idman növünə olan marağı artırmaq məqsədilə də silsilə tədbirlər görülür.
  Növbəti belə bir tədbirə 12 mart 2014-cü il tarixdə start verilmişdir. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon məktəbləri arasında futbol üzrə rayon birinciliyi keçirilmişdir. Yarışlarda rayonun 186, 235, 243, 168 №-li tam orta məktəblərinin komandaları qüvvələrini sınamışlar. Turnir iki gün davam etmişdir.
 Pirallahı rayonundakı 186 №-li məktəbin idman stadionunda kubok sistemi üzrə keçirilən yarışların nəticələrinə görə I yerə 186 №-li məktəbin komandası çıxmışdır. Qalib komandaya kubok, fəxri fərman və qiymətli hədiyyələr Rayon İcra Hakimiyyəti tərəfindən təqdim ediləcəkdir.
Keçidlər