Pirallahı rayonunda 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib
20 yanvar 2022 | 11:00
Bu il xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinin 32 ili tamam olur. Bu münasibətlə Pirallahı rayonunda yerləşən idarə müəssisə və təşkilatlarda 20 Yanvar faciəsi ilə bağlı silsilə tədbirlər təşkil olunmuşdur.
19 yanvar 2022-ci il tarixində YAP Pirallahı rayon təşkilatı və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdən əvvəl iclas zalının foyesində 4 №-li Uşaq Gənclər İnkişaf Mərkəzinin yetirmələrinin əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgidə 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən, həmin qanlı gecədə soydaşlarımıza qarşı törədilən cinayətin bütün vəhşətlərini çatdıran rəsm əsərləri, müxtəlif bədii kompozisiyalar iclas iştirakçılarına nümayiş etdirildi. Daha sonra tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildidi, 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx tədbir iştirakçılarına göstərildi.
Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov bildirdi ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində və bütovlükdə XX əsrdə baş vermiş faciələr içərisində xüsusi amansızlığı ilə seçilən faciələrdən biridir. Azərbaycan xalqı bu faciəni unutmur. Faciədən 32 il keçməsinə baxmayaraq, hər il xalqımız bu günü anır, şəhidlərin xatirəsini əziz tutur. Natiq vurğuladı ki, 20 Yanvar faciəsinin törədilməsindən bir gün sonra Moskvada Ulu Öndər Heydər Əliyev bəyanat verərək bu qətliamı kəskin şəkildə pisləyib, keçmiş SSRİ hakimiyyətini ittiham edib. Ümummilli Liderin bu bəyanatı nəticəsində dünya ölkələri Azərbaycan xalqının başına gətirilən faciədən xəbərdar oldular və Ulu Öndərin yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə siyasi qiymət verildi. Bugün Azərbaycan dövləti tərəfindən 20 Yanvar şəhidlərinin adının əbədiləşdirilməsi, onların ailələrinə qayğı göstərilməsi Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzindədir. Biz şəhidlərimizin qanlarının yerdə qalmaması üçün müstəqilliyimizin qədrini bilməliyik. 44 günlük Vətən müharibəsi xalqın qəlbində olan Vətən sevgisinin nə qədər böyük olduğunu bir daha sübut etdi və bu müharibədə canından keçən şəhidlərimizin, Azərbaycan xalqının qan yaddaşı olan 20 Yanvar faciəsinin qurbanlarının əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Daha sonra söz Pirallahı Rayon İcra Hakimiyyətinin başçısının müavini İsmayıl Əliyevə verildi. İsmayıl Əliyev bildirdi ki, 20 Yanvar Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi hər il qeyd edilir. 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il martın 29-da qəbul edilən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərarla 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib. Ümumxalq Hüzn Günü elan olunması, “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi, 20 Yanvar şəhidlərinin ailələrinin və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi də ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyevin sosial siyasəti həmin kateqoriyadan olan insanların da sosial müdafiəsinin ildən-ilə güclənməsinə imkan verib.
Tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının gənc fəalı Türkan Məmmədova bildirdi ki, hər il xalqımız minnətdarlıqla bu qəhramanlıq tarixini yüksək səviyyədə qeyd edir, faciənin qurbanlarını hörmət və ehtiramla yad edir və faciəni törədənlərin beynəlxalq tribunalarda mühakimə olunaraq, cavab vermələrini tələb edirlər. 20 Yanvar faciəsi qurbanlarının xatirəsi heç zaman unudulmayacaq. Biz bu tarixi qeyd etməklə gələcək nəsillərə çatdırmalıyıq. Azərbaycan gəncliyi bu günü unutmur, Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin adını qəlbimizdə daim yaşadır.