Pirallahı rayonunda “Azərbaycançılıq” mövzusunda tədbir keçirilmişdir
28 yanvar 2022 | 11:00
28 yanvar 2022-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dübəndi İstehsalat Bölümünün inzibati binasında “Azərbaycançılıq” mövzusunda tədbir təşkil olunmuşdur. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidenti Rauf Zeyni, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və Dübəndi İstehsalat Bölümünün əmək kollektivi iştirak etmişdir.
İlk öncə Vətən uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə Dübəndi İstehsalat Bölümünün rəisi Elxan Məmmədov açaraq “Azərbaycançılıq” mövzusunda keçirilən tədbirin çox böyük maarifləndirici əhəmiyyətə malik olduğunu bildirərək qeyd etmişdir ki, bu ideologiya dünyada yaşayan bütün azərbaycanlıları müqəddəs amallar uğrunda vahid mərkəzdə birləşdirmişdir .
Sonra Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov çıxış edərək bildirmişdir ki, Heydər Əliyevin azərbaycançılıq ideologiyasının fəlsəfi, siyasi mənası olduqca dərindir. Azərbaycançılıq milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir. Ümummilli Liderin müəllifi olduğu, sistemləşdirdiyi azərbaycançılıq məfkurəsi təkcə bu ölkənin ərazisində yaşayan insanları yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrilib. Dünya azərbaycanlılarının Qurultaylarının keçirilməsi, Diasporla iş üzrə Dövlət Komitəsinin yaradılması bu istiqamətdə aparılan dövlət siyasətinin uğurlu nəticəsi kimi qiymətləndirilir. Azərbaycançılıq ideyalarının fövqündə 2022-ci ilin Azərbaycanda “Şuşa ili” elan olunması haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı 50 milyonluq azərbaycanlının qəlbində böyük sevinc və fərəhə səbəb olmuşdur.
Daha sonra çıxış edən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidenti Rauf Zeyni qeyd etmişdir ki, Ulu öndər Heydər Əliyevin şah əsəri müasir müstəqil Azərbaycan dövlətidir. Müasir, müstəqil Azərbaycan dövlətinin ideya əsaslarını da azərbaycançılıq ideologiyası təşkil edir.Ümummilli Liderin ölməz ideyalarını, onun siyasi kursunu ləyaqətlə davam etdirən cənab Prezident İlham Əliyev Azərbaycanda misli görünməmiş inkişaf və tərəqqi siyasətini həyata keçirir. Heydər Əliyevin əsasını qoyduğu, Prezident cənab İlham Əliyevin böyük məharətlə davam etdirdiyi siyasət hazırkı çox mürəkkəb dövrdə yeganə və alternativsiz siyasət olduğu üçün Azərbaycanın gələcək inkişaf və tərəqqisinə təminat verir.
Tədbirin sonunda çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov bildirdi ki, Ulu öndər, Azərbaycan xalqının xilaskarı Heydər Əliyev azərbaycançılıq ideyalarının yaşadılmasının və təbliğinin vacibliyini önə çəkmişdir. Bu ideyaların dövlətimizin və millətimizin inkişafına, tərəqqisinə xidmət etdiyini və gələcək nəsillərə ötürülməsinin yüksək əhəmiyyət daşıdığını söyləyən natiq vurğulamışdır ki, azərbaycançılıq məfkurəsi cənab Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən uğurla davam etdrilir və dünyada yaşayan bütün azərbaycanlılar bir yumruq kimi vahid ideya uğrunda birləşmişdir.