Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Bizim böyük Qələbəmiz” adlı kitabın təqdimatına həsr olunmuş tədbir keçirilmişdir

31 yanvar 2022 | 11:00
Pirallahı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 yanvar 2022-ci il tarixdə “Bizim böyük Qələbəmiz” ktabının təqdimatına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, Aparatın məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları, müəllimlər və şagirdlər, rayon ağsaqqalları, Vətən Müharibəsi iştirakçıları və könüllülər iştirak etmişlər.
Tədbirdə ilk olaraq müstəqilliyimizin əsas atributu olan himnimizin səsləndirilmiş, sonra ölkəmizin ərazi bötövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev çıxış edərək bildirmişdir ki, bu kitab ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dahi sərkərdəlik məharəti sayəsində qazanılan Qələbəmiz barədə uşaqlar üçün nəzərdə tutulan ilk nəşrlərdən biridir və məktəbliərimiz bu kitabdan səmərəli şəkildə faydalanacaqdır.
Çıxış edən digər natiqlər “Bizim böyük Qələbəmiz” kitabının gələcəyimiz olan gənclərin tariximizə, tarixi şəxsiyyətlərimizə, milli-mənəvi dəyərlərimizə və müasir Azərbaycanın inkişaf yoluna diqqət və marağının artırılmasına, onların Vətənə layiqli vətəndaş kimi yetişməsinə böyük töhfələr verəcəyini vurğulamışlar. Kitabın uşaqlarımızın ölkəmizin tarixini öyrənmələri, onlarda Vətənə məhəbbət və vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətindəki işlərdə böyük əhəmiyyəti olacağını söyləmişlər.
Tədbirin sonunda könüllülər şagirdlərə “Bizim böyük Qələbəmiz” kitabını təqdim edərək onlara Vətən müharibəsindəki Şanlı Qələbə barədə məlumat veriblər.
 
 
Keçidlər