Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda Gənclər Günü qeyd olundu

02 fevral 2022 | 11:00
     2 fevral 2022-ci il tarixində  Pirallahı Rayon İcra Hakimiyyəti və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində 2 Fevral - Gənclər Günü münasibətilə tədbiri keçirilmişdir.Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov və rayonun ictimai-siyasi, mədəni həyatında fəallığı ilə seçilən gənclər iştirak etmişlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Daha sonra torpaq uğrunda canlarından keçən, şəhidlik zirvəsinə ucalan igid oğullarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
       Pirallahı İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov gəncləri bayram münasibətilə təbrik edərək bildirdi ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti bu gün uğurla davam etdirilir. Ölkədə aparılan uğurlu gənclər siyasəti ilə bağlı imzalanan fərman və sərəncamlar, qəbul edilən Dövlət proqramları yeniyetmələrin, gənclərin hərtərəfli inkişafı və qabiliyyətlərinin üzə çıxarılması üçün geniş imkanlar açmışdır. V.Səfixanov eyni zamanda qeyd etmişdir ki, Pirallahı rayonunda Pandemiya dövründə gənclərdən ibarət könüllü dəstələr sakinlər arasında maarifləndirmə işlərində fəallıq nümayiş etdirmiş, Vətən müharibəsində onlarla Pirallahı gənci döyüşlərdə iiştirak etmiş, onlardan 2 nəfəri şəhidlik zirvəsinə ucalmış, 8 nəfəri isə qazi olmuşdur. Rayon üzrə ümumilkidə 58 nəfər Vətən Müharibəsi iştirakçısı 88 medalla təltif olunmuşdur.
        Daha sonra çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov Azərbaycan gənclərinin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərə, mədəni irsə, dövlət dili və rəmzlərinə hörmət ruhunda tərbiyə olunmasını vurğulayaraq qeyd etmişdir ki, gənclərə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğının nəticəsi idi ki, 44 günlük Vətən müharibəsində gənclərimiz qəhrəmanlıq salnamməsi yazaraq Zəfər qazanmışlar.
   Çıxış edən digər natiqlər gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkanların, həmçinin dövlət başçısı tərəfindən bu sahəyə böyük diqqətin olmasını qeyd etdilər.
     Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən şəxslər Fəxri Fərmanlarla təltif olunmuşdur.
 
 
Keçidlər