Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Prezident İlham Əliyevin çoxşaxəli siyasəti, xalqa layiqli xidmət” mövzusunda tədbir keçirilmişdir

24 fevral 2022 | 11:00
     24 fevral 2022-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasında “Prezident İlham Əliyevin çoxşaxəli siyasəti, xalqa layiqli xidmət” mövzusunda tədbir təşkil olunmuşdur. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, millət vəkili Məşhur Məmmədov, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru, professor Cəbi Bəhramov, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak etmişdir.
       İlk öncə Xocalı faciəsi və Qarabağın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
      “Prezident İlham Əliyevin çoxşaxəli siyasəti, xalqa layiqli xidmət” mövzusu ilə bağlı film nümayiş etdirilmişdir.
      Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov “Prezident İlham Əliyevin çoxşaxəli siyasəti, xalqa layiqli xidmət”  mövzusunda keçirilən tədbirin çox böyük əhəmiyyətə malik olduğunu bildirərək qeyd etmişdir ki, müstəqillik illərində ölkəmizə rəhbərliyi zamanı Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxaran xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün onun layiqli davamçısı olan Prezident cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Ümummilli Liderin ölməz ideyalarını, onun siyasi kursunu ləyaqətlə davam etdirən cənab Prezident İlham Əliyev Azərbaycanda misli görünməmiş inkişaf və tərəqqi siyasətini həyata keçirir. Prezident cənab İlham Əliyevin böyük məharətlə yürütdüyü siyasət hazırkı çox mürəkkəb dövrdə yeganə və alternativsiz olduğu üçün Azərbaycanın gələcək inkişaf və tərəqqisinə təminat verir.
    Sonra millət vəkili Məşhur Məmmədov çıxış edərək bildirmişdir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf yolunda inamla irəliləyən Azərbaycan yeni mərhələyə qədəm qoyub və ölkəmizin qarşısında aydın perspektivlər açılmışdır. Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın beynəlxalq müstəvidə yüksək nüfuza malik olmasını, ölkədə xalq-iqtidar birliyinin təmin edilməsini şərtləndirən əsas faktor Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin modern çağırışlara və milli maraqlara cavab verməsidir.
   Tədbirin sonunda çıxış edən AMEA A.Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru, professor Cəbi Bəhramov qeyd etmişdir ki, XXI əsrdə qloballaşma və mürəkkəb beynəlxalq münasibətlər şəraitində hər bir ölkənin qarşısında duran strateji vəzifə, prioritet məsələ müstəqilliyin qorunması fonunda dayanıqlı inkişafın təmin olunmasıdır. 44 günlük Vətən müharibəsində düşmən üzərində Zəfər qazanaraq Müzəffər Ali Baş Komandan kimi adını qızıl hərflərlə şanlı tariximizə yazdıran Prezident İlham Əliyev bütün dünya azərbaycanlılarının lideridir. Cənab Prezidentin çoxşaxəli daxili və xarici siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə uğurlara imza atmışdır. Dövlət başçısının xalqa  layiqli xidməti uca millətimiz tərəfindən həmişə yüksək qiymətləndirilir.
 
 
 
Keçidlər