Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Uşaq Yaradıcılıq Mərkəzində Növruz şənliyi qeyd edildi

19 mart 2014 | 11:00
  Respublikamızın hər yerində olduğu kimi Pirallahı rayonunda da Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilir. Növbəti tədbir 18 mart 2014-cü il tarixində Pirallahı qəsəbəsində yerləşən 29 № li Uşaq Yaradıcılıq Mərkəzində təşkil olunmuşdu. Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, Mərkəzin dərnək rəhbərləri, şagirdlər və valideynlər iştirak edirdilər.
  Mərkəzin direktoru Tamilla Yagubova iştirakçıları xalqımızın ən əziz bayramlarından olan Novruz münasibətilə təbrik etdi və bildirdi ki, ümummilli lider Heydər Əliyev hər il Novruz bayramını xalqla qeyd edib, şəhərin mərkəzində təşkil olunmuş şənliklərdə iştirak edərək onlara xoş arzularını bildirib: “Ulu öndərimizin siyasi kursunun layiqli davamçısı, Prezident cənab İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu ənənəni davam etdirir, bu gözəl bayramı hər il xalqla birgə qeyd edirlər”.
  Tədbirdə Uşaq Yaradıcılıq Mərkəzinin rəqs qrupu tərəfindən müxtəlif rəqslər ifa olundu, gənc müğənnilər mahnılar oxudular, Novruz səhnəcikləri təqdim olundu, Novruz inamları, bayatıları söylənildi, Novruz tapmacaları cavablandırıldı. Uşaqların hazırladıqları bu bayram ovqatlı çıxışlar iştirakçılara xoş təsir bağışladı.
Keçidlər