Pirallahı rayonunda “Xocalı faciəsi – yaddaşın unudulmayan tarixi” adlı tədbir keçirildi
25 fevral 2022 | 11:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” sərəncamının icrası ilə əlaqədar Pirallahı Gənclər Mərkəzində Pirallahı Rayon İcra Hakimiyyəti və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı faciəsi – yaddaşın unudulmayan tarixi” adlı tədbir keçirilmişdir.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Pirallahı Rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri və Xocalı faciəsinin şahidləri iştirak etmişlər. Tədbir iştirakçıları tərəfindən Xocalı soyqırımı ilə bağlı sərgiyə baxış keçirilmiş, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov çıxış edərək bildirmişdir ki, erməni təcavüzkarlarının törətdikləri bu vəhşiliklər yaddaşlardan heç zaman silinməyəcək. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı soyqırımının bütün dünyada tanıdılması, Azərbaycan reallıqlarının dünyanın hər yerinə yayılması, beynəlxalq aləmin bu faciədən xəbərdar olması istiqamətində çoxşaxəli işlər görmüşdür. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” kampaniyası dünyanın bir çox ölkələrində keçirilir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti və Şanlı ordumuzun əzmi sayəsində 44 günlük Vətən Müharibəsi nəticəsində qazanılan Zəfərlə Xocalı şəhidlərinin qisası alınmışdır.
Çıxış edən YAP Pirallahı Rayon təşkilatının sədri Emil Abbasov bildirmişdir ki, Xocalıda 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb və vəhşicəsinə işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyildir. Soyqırım nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib.Xocalı soyqırımı dünyanın bir çox ölkəsi tərəfindən tanınmışdır.
Xocalı şəhər sakini Həcər Ramazanova çıxış edərək 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecədə baş vermiş qanlı faciənin canlı şahidi kimi danışaraq qeyd etmişdir ki, bu gün Xocalıda şəhid olmuş insanların ruhları şaddır. Çünki vətən torpağı düşmən işğalından azad olunmuşdur.
Sonda məktəblilərin təqdimatında Xocalı soyqırımı ilə bağlı kompozisiyalar nümayiş etdirilmişdir.