Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda 1 mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib

01 mart 2022 | 11:00
1 mart 2022-ci il tarixində Pirallahı  Rayon İcra Hakimiyyətinin, Xəzər və Pirallahı rayonları üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsinin birgə təşkilatçılığı ilə 243 nömrəli tam orta məktəbdə 1 mart Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar maarifləndirici tədbir keçirilib. Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar üçün davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarətdir.
Təşkil olunan tədbirdə mülki müdafiənin məqsədi və əhəmiyyəti barədə şagirdlərə geniş məlumat verilib.
Tədbirdə şagirdlərə yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektə kimyəvi kəşfiyyatın təşkili ilə bağlı zəruri tədbirlər haqqında məlumat verilib. Ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edilib.
Tədbir zamanı fövqəladə hal anlayışı, mülki müdafiə, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın, partlayış, zəhərlənmə təhlükəsindən mühafizə, dəm qazından zəhərlənmənin profilaktikası, “112” zəng xidmətindən istifadə mövzularında ətraflı məlumat verilib, həmçinin bu barədə video roliklər nümayiş etdirilmişdir.
 
Keçidlər