Bakı şəhəri Pirallahı rayonu 168 nömrəli tam orta məktəbdə “Partlayıcı qurğular və mina təhlükəsizliyinə qarşı” maarifləndirici tədbir keçirilib
01 mart 2022 | 11:00
28 fevral 2022-ci il tarixində Pirallahı rayonu 168 nömrəli tam orta məktəbdə “Partlayıcı qurğular və mina təhlükəsizliyinə qarşı” maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin çağırışaqədərki hazırlıq metodisti M.Qurbanov, Çağırışaqədərki Hazırlıq fənni üzrə hərbi rəhbər V.Məmmədov, Pirallahı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri A.Abdullayev, Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi T.Cəfərov, Qarabağ müharibəsi iştirakçıları, Pirallahı rayonunda yerləşən tam orta məktəblərinin 10-11-ci sinif şagirdləri və hərbi rəhbərləri iştirak etmişlər.
Tədbirdə mina təhlükəsizliyi haqqında video çarxlar nümayiş etdirilmiş, mövzu ətrafında şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.
Tədbirdə mina təhlükəsizliyi haqqında video çarxlar nümayiş etdirilmiş, mövzu ətrafında şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.