“Uşaqlar arasında narkomaniya və alkoqolizmin qarşısının alınması” məqsədilə maarifləndirici tədbir keçirilib
03 mart 2022 | 11:00
Martın 3-də Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 168 nömrəli tam orta məktəbdə “Uşaqlar arasında narkomaniya və alkoqolizmin qarşısının alınması” məqsədilə maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, 168 nömrəli tam orta məktəbin müəllim və şagirdləri, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Tədbirdə Pirallahı rayon İcra Hakimiyyəti Başçısı Aparatının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rauf Əliyev, Pirallahı RPŞ-nin YYÇ üzrə inspektoru Ramil Cəfərov, 168 nömrəli tam orta məktəbin psixoloqu Röya Qəhrəmanova “Narkomaniya ümumbəşəri bəladır“, “Narkotiklərə yox deyək”, “Ağ ölüm” başlıqlı nitqlərlə çıxış edərək narkomaniyanın fəsadları barədə şagirdləri geniş şəkildə məlumatlandırıb. O cümlədən, natiqlər vurğulayıb ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniya dünyanı narahat edən ən təhlükəli problemlərdən biri olaraq qalmaqdadır. Bu problemlərlə mübarizədə yeganə yol sağlam həyat tərzinin təbliğ olunması və maariflənmənin gücləndirilməsidir. Eyni zamanda, narkotik tranzitinin qarşısının uğurla alınması da çox mühüm mübarizə vasitəsidir. Sonda mövzu ilə bağlı verilmiş suallar cavablandırıldı.