Pirallahı qəsəbəsində sakinlərlə səyyar görüş keçirildi
Martın 4-də Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi. Qəbulda RİH-in məsul əməkdaşları, dövlət idarə, müəssisə, təşkilatların, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan RİH başçısı Vasif İmanov səyyar görüşün məqsəd və mahiyyəti, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial, mədəni, siyasi islahatlar, təhsil, səhiyyə, sənaye, kənd təsərrüfatı, neft sənayesi və digər sahələrdə əldə olunan uğur və nailiyyətlər və cənab Prezident İlham Əliyevin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən geniş danışdı. Rayonda aparılan tikinti-quruculuq və abadlıq işlərindən söhbət açan natiq Azərbaycanın qarşıdan gələn illərdə də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edərək yüksək nailiyyətlər əldə edəcəyini vurğuladı.
Daha sonra görüşdə iştirak edən sakinlər çıxış edərək rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər etdilər. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində aidiyyəti üzrə idarə və təşkilatlara müvafiq tapşırıqlar verildi.