Şriftin ölçüsü :

Saytın rəngi :

“Qəyyumluq və himayəçilik Komissiyası”nın növbəti iclası keçirildi

04 mart 2022 | 11:00
     Martın 3-də Pirallahı Rayon İcra Hakimiyyəti başçısı yanında “Qəyyumluq və himayəçilik Komissiyası”nın növbəti iclası keçirilmişdir. Komissiyanın iclasının tarixi və yeri haqqında iş üzrə tərəflərə, səlahiyyətli nümayəndələrinə, iştirakı məcburi olan digər şəxslərə məlumat verilmiş və iştirakları təmin edilmişdir. İclas zamanı baxılan işlər üzrə uşaqların üstün hüquq və mənafeləri nəzərə alınaraq müvafiq qərarlar qəbul edilmişdir.
     Qeyd edək ki,  yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin qorunması, həyat şəraitlərinin yaxşılaşdırılması, sağlamlıqlarının qorunması, tərbiyəsi, təhsil almaları, qanunazidd əməllərin qarşısının alınması və bu sahədə digər tədbirlərin görülməsi məqsədilə Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin başçısının yanında “Yetkinlik  yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya” və “Qəyyumluq və himayəçilik Komissiyası” fəaliyyət göstərir. Komissiyalar sədr, məsul katib və uşaqlarla iş üzrə məsləhətçi-psixoloq da daxil olmaqla 9 üzvdən ibarətdir. Komissiyaların fəaliyyəti təsdiq edilmiş illik iş planlarına və normativ aktlara uyğun olaraq həyata keçirilir.
Keçidlər