5 Mart–Bədən tərbiyəsi və idman günü ilə əlaqədar Pirallahı rayon ümumtəhsil məktəblərində “İdman Həftəsi” başlığı altında idman yarışları keçirilmişdir
05 mart 2022 | 11:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən martın 5-i Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Bu münasibətlə Pirallahı rayonu ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərində ”İdman həftəsi” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilmişdir. Məktəblilər arasında idmanın şahmat, dama, qaçış, baksetbol, futbol, yüngül atletka və digər növləri üzrə yarışlar təşkil edilmiş, bununla yanaşı yeniyetmələrin fiziki tərbiyəsi və sağlamlığı mövzusunda maarifləndirici dərslər tədris olunmuşdur.