Pirallahı rayonunda “8 Mart - Beynəlxalq Qadınlar Günü” qeyd olundu
07 mart 2022 | 11:00
Martın 5-də Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasında “8 Mart - Beynəlxalq Qadınlar Günü” ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov xanımları “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik edərək qeyd etdi ki, Azərbaycan xalqı həmişə ana müqəddəsliyi qarşısında baş əymiş, qadın adını uca tutmuşdur. Ülvilik, zəriflik və gözəllik rəmzi olan Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib. Müasir dövrümüzdə qadınların ölkəmizin ictimai-siyasi, elmi-mədəni həyatında geniş fəaliyyəti, öz bilik və bacarıqları ilə cəmiyyətimizin ümumi inkişafında yaxından iştirakı Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu təsdiq edir. Diqqətə çatdırıldı ki, Ümummilli liderimiz Heydər Əliyev qadınlarımızın cəmiyyətdəki rolu haqqında danışarkən demişdir: “Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və səadəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynamışdır”. Qadınların ölkənin bütün ali orqanlarında əzmlə və məsuliyyətlə çalışdığını vurğulayan V.İmanov bu gün Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın istər ölkəmizdə, istərsə də vətəndən uzaqda öz şəxsi keyfiyyətləri, bacarığı və əvəzsiz xidmətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil etdiyini bildirdi.
Çıxış edən qadınlar hər zaman Azərbaycan qadınına göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.