Pirallahı rayonunda səyyar qəbullar davam etdirilir
11 mart 2022 | 11:00
Martın 11-də Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun Gürgən qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi. Qəbulda RİH-in məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.Tədbiri giriş sözü ilə açan RİH başçısı Vasif İmanov qeyd etdi ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun torpaqlarımızı işğaldan azad etməsi nəticəsində həmin ərazilərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri uğurlu siyasi kursun bəhrəsidir. Cənab Prezidentin balanslaşdırılmış siyasəti nəticəsində ölkəmiz gündən-günə inkişaf edərək beynəlxalq aləmdə öz nüfuzunu qoruyur. Bunun nəticəsidir ki, hazırda dünya birliyinin əsas gündəmi olan Rusiya-Ukrayna müharibəsinin qarşısının alınması istiqamətində ölkə başçımız qardaş Türkiyə Respublikasının prezidenti ilə birgə fəaliyyət göstərir. RİH başçısı 10.03.2022-ci il tarixdə Türkiyənin Antalya şəhərində baş tutan Antalya Diplomatiya Forumunu xatırladaraq, ölkə başçımızın Forumdakı iştirakının vacibliyindən bəhs etdi.
RİH başçısı görüşdə iştirak edən qadınları keçmiş 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibətilə təbrik edərək vurğuladı ki, zərif cinsin nümayəndələrinin sosial fəallığının yüksəlməsində, respublikamızın dinamik inkişafının təmin edilməsinə özünəməxsus töhfələr verməsində, beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil etməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti misilsizdir. Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinici müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva cənab Prezident ilə çiyin-çiyinə ölkəmizin qüdrətlənməsinə öz müstəsna töhfəsini verir.
V.İmanov qeyd etdi ki, son dövrlər ölkə başçısı tərəfindən icra başçıları təyin edilərkən qanunsuz tikililərin qarşısının alınması istiqamətində tədbirlərin görülməsi ilə bağlı tapşırıqların verildiyini nəzərə alaraq 10 mart 2022-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətində rayon icra hakimiyyəti başçılarının iştirakı ilə keçirilən müşavirədə Bakı şəhəri ərazisində qanunsuz tikintilərlə bağlı vəziyyət və bu halların qarşısının alınması məsələləri müzakirə olunmuş və cənab Eldar Əzizov tərəfindən məsələnin həlli istiqamətində müvafiq tapşırıqlar verilmişdir.
Qəbul zamanı RİH başçısı Vasif İmanov vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələrin rayon rəhbərliyinin gündəlik fəaliyyətinin əsasını təşkil etdiyini nəzərə çatdıraraq, səyyar görüşlərin məqsəd və mahiyyəti, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial, iqtisadi, siyasi islahatlar, digər sahələrdə əldə olunan nailiyyətlər və cənab Prezident İlham Əliyevin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən geniş danışdı. Dövlət başçısının uğurlu daxili və xarici siyasətinin təbliğatı rayon sakinləri arasında mütəmadi olaraq aparıldığını və eyni zamanda kütləvi informasiya vasitələrində işıqlandırıldığını görüş iştirakçılarının diqqətinə çatdıran RİH başçısı Vasif İmanov bildirdi ki, rayonda fəaliyyət göstərən idarə və təşkilatlar, Yeni Azərbaycan Partiyası rayon təşkilatının fəalları, ağsaqqaların və ziyalıların nümayəndələri maarifləndirici təbliğat işlərində yaxından iştirak edirlər.
Rayonda aparılan tikinti-quruculuq və abadlıq işlərindən söhbət açan Vasif İmanov Azərbaycanın qarşıdan gələn illərdə də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edərək yüksək nəticələr əldə edəcəyini qeyd etdi. Sonra görüşdə iştirak edən sakinlər çıxış edərək rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə başçısı cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Görüşdə iştirak edən qəsəbə sakinlərindən bir neçəsi dam örtüyünün təmiri, işıq dirəklərinin lampalarının dəyişdirilməsi, torpaq sahəsinə dair rüsumun müəyyənləşdirilməsi, yaşadığı həyət evinə içməli su xəttinin çəkilməsi, müvafiq işlə təmin olunma, yaşadığı fərdi yaşayış evinə internetin verilməsi ilə bağlı müraciət etdilər. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilatlara müvafiq tapşırıqlar verildi.
Sonda RİH başçısı qarşıdan gələn “İlaxır çərşənbə”si və Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etdi.